
Litva yaxın vaxtlarda Ukrayna artilleriyasını döyüş sursatları ilə təmin etmək barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, söhbət 155 mm-lik döyüş sursatlarından gedir.
Xatırladaq ki, bundan əvvəl Litva iki təmir edilmiş “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil vermişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.