26-12-2025, 20:48 129

Keçmiş bank rəhbəri Zal Yusifovun oğlu yenidən mühakimə olunur: 1,2 milyonluq fırıldaq ittihamı

Lisenziyası ləğv edilmiş "Texnikabank" Açıq Səhmdar Cəmiyyətinin "Bakı" filialının keçmiş rəhbəri Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AVESTA.AZ "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İttihamdan məlum olur ki, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkumluğunu ödəməməsinə baxmayaraq, İslam Yusifov yenidən dələduzluq cinayətləri törədib. İlk epizod üzrə o, oğlu həbsdə olan Afət Hüseynovaya qarşı dələduzluq edib. Belə ki, ananın 13 il müddətinə azadlıqdan məhrum edilmiş oğlu Kamran Nəcəfovun guya həbsdən azad ediləcəyi vədi ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 70 min ABŞ dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisi ilə bağlı elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovdan 308 min ABŞ dolları alıb.

İstintaq materiallarına əsasən, İslam Yusifov dostu İlham Abbasovla birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Administrasiyasında hüquq şöbəsinə işə düzəldəcəkləri barədə yalan vəd verərək, ondan 360 min manat pul alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova məxsus iki avtomobili və torpaq sahəsini satacağı barədə yalan vəd verərək, 275 min manatını ələ keçirib.

Həmçinin digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "iPhone" mobil telefonları gətirəcəyini deyərək, ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bundan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı vədi ilə 55 min manat, Rafət Məmmədova məxsus evi satacağı adı ilə isə 75 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib, İlham Abbasov isə özünü təqsirli hesab etməyib.

Məhkəmədə bildirilib ki, istintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq törətmə), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmə) maddələri ilə ittiham irəli sürülüb.

Hakimin sözlərinə görə, təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə sübuta yetirilərsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İslam Yusifov zərərçəkmiş Rafael Həsənovla bağlı epizod üzrə sərbəst ifadə verib. O bildirib ki, dostu İlham Abbasova maddi çətinlik yaşadığını deyib. İlham Abbasov isə ona satışı mümkün olan bir obyekt barədə məlumat verib. Bildirilib ki, obyektin sahibi Rafael Həsənov Rusiyada yaşayır və obyekt bankda girovda olub.

İslam Yusifovun sözlərinə görə, obyektin satışından əldə edilən vəsaitlə bank borcu bağlanmalı idi. Daha sonra tərəflər arasında borc müqaviləsi imzalanıb və videoyazılar çəkilib. O iddia edib ki, videoda göstərilən 360 min manat həqiqi pul olmayıb, saxta olub.

Eyni epizod üzrə ifadə verən İlham Abbasov bildirib ki, İslam Yusifovun atasını 1998-ci ildən tanıyır və daşınan, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub. O, İslam Yusifovun ifadələrini əsasən təsdiqləyib.

Daha sonra hər iki təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə prosesi fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifov barəsində həbs qətimkan tədbiri, İlham Abbasov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə edilən məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan artıq məbləğdə dələduzluqda ittiham olunur. İlham Abbasov isə yalnız bir epizod üzrə cinayətdə iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

Qeyd edək ki, İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərlik etdiyi dəstənin üzvləri ilə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəza müddətini başa vuraraq azadlığa çıxdıqdan sonra zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib və bu günə qədər müvafiq məhkəmə qərarlarını icra etmir.

Paylaş

Xəbər lenti

28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Bu gün, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Bu gün, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Bu gün, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Bu gün, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Bu gün, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Bu gün, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Bu gün, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Bu gün, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Bu gün, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Bu gün, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Bu gün, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Bu gün, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Bu gün, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Bu gün, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Bu gün, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Bu gün, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Bu gün, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Bu gün, 19:48 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Bu gün, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Bu gün, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Bu gün, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Bu gün, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Bu gün, 18:48 İki güləşçimiz yarımfinalda Bu gün, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Bu gün, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Bu gün, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Bu gün, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Bu gün, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Bu gün, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Bu gün, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Bu gün, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Bu gün, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Bu gün, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Bu gün, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Bu gün, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Bu gün, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Bu gün, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Bu gün, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Bu gün, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48 ADY: Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib Bu gün, 15:48 "Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib Bu gün, 15:48 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb Bu gün, 15:48 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR