
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.
"AVESTA.AZ"un məlumatına görə, Asiya təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Daydzen Maeda vurub.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.
"AVESTA.AZ"un məlumatına görə, 44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.
"AVESTA.AZ"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.
“AVESTA.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic
Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.