30-12-2025, 15:48 207

SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada "SOCAR" brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

AVESTA.AZ xəbər verir ki, SOCAR-ın Rumıniyadakı törəmə müəssisəsi olan "SOCAR Petroleum SA" bu ölkənin Salaj, Suceava və Satu-Mare regionlarında açdığı məntəqələrlə YDM şəbəkəsini 91-ə çatdırıb.

"SOCAR Petroleum SA"nın Baş direktoru Ramin Əliyev bildirib ki, SOCAR Rumıniyada investisiya layihələrini uğurla həyata keçirərək bu ölkədə YDM şəbəkəsini genişləndirməkdə davam edir.

"2025-ci il SOCAR üçün biznes baxımından uğurlu il olub. Biz Rumıniyada YDM şəbəkəmizi genişləndirdik. Cari ildə 9 yeni YDM açmağı planlaşdırırdıq, amma ili 14 məntəqə ilə başa vururuq. 2026-cı il üçün də 100 YDM həddini aşmaq kimi iddialı planımız var. Məqsədimiz SOCAR-ın Rumıniya yanacaq bazarındakı mövqeyini daha da gücləndirməkdir."- deyə Baş direktor R. Əliyev bildirib.

Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi bu məntəqələrdə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizel yanacaqları (Nano Dizel, Nano Super Dizel), həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.

Qeyd edək ki, SOCAR-ın Suceava regionunda 10, Salaj regionunda 3, Satu-Mare regionunda isə 2 yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda SOCAR Rumıniyanın 41 regionunun 30-da "SOCAR" brendli 91 YDM-ə malikdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2024-cü ildə 3,6 milyard lei (təqribən 707 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 33% çoxdur. Hal-hazırda Şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.

Paylaş

Xəbər lenti

Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama Bu gün, 16:48 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib Bu gün, 16:48 Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu Bu gün, 16:48 İspaniyada qatar qəzasında 27-yə yaxın ölkənin vətəndaşı həlak olub Bu gün, 16:48 Bakıda "BakuBus" tüstüləyib Bu gün, 16:48 Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq Bu gün, 16:48 Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar Bu gün, 15:48 Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı Bu gün, 15:48 Sosial yardım almaq istəyənlərin DİQQƏTİNƏ: Bu səbəbdən pul verilməyə bilər Bu gün, 15:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib Bu gün, 15:48 Rumıniyada SOCAR brendi altında 100-cü YDM istifadəyə verilib Bu gün, 15:48 Böyük Qayıdış: 78 ailənin Vətən həsrəti sona yetdi - Açarlar təqdim olundu Bu gün, 15:48 Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya Bu gün, 15:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: "Mama, ak elədilər" Bu gün, 15:48 Rusiya Futbol İttifaqı və FİFA rəhbərliyi Bakıda görüşəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir Bu gün, 14:48 Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir Bu gün, 14:48 Sirkədən zəhərlənən qadın öldü Bu gün, 14:48 İştahanın artması bu problemdən xəbər verirmiş Bu gün, 14:48 Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb Bu gün, 14:48 Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR Bu gün, 14:48 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 14:48 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:49 Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib Bu gün, 13:48 Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi Bu gün, 13:48 "Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər Bu gün, 13:48 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var Bu gün, 13:48 "Star Trek" filminin ulduzu 86 yaşında öldü Bu gün, 13:48 Sink çatışmazlığı bağırsaq xəstəliklərinin kəskinləşməsi riskini artıra bilər Bu gün, 13:48 Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb" Bu gün, 12:48 Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək Bu gün, 12:48 Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib Bu gün, 12:48 Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur Bu gün, 12:48 Oktyabrın son günü Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Bu gün, 12:48 №1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb Bu gün, 12:48 Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: "Müraciətlər get-gedə artır" Bu gün, 11:48 Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib Bu gün, 11:48 Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb Bu gün, 11:48 Skuter və velosiped sürənlərin NƏZƏRİNƏ - Bu küçələrə də zolaqlar çəkiləcək Bu gün, 11:48 Bakının bu yolunda sürücülər daim "protiv" sürür Bu gün, 11:48 Şəki sakinlərinə ŞAD XƏBƏR: 1 milyona yaxın pul ayrıldı Bu gün, 11:48 Avtomobillərdə kiberhücum riski yaradan əsas boşluq bəlli oldu Bu gün, 11:48 Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına ümidvarıq Bu gün, 11:48 Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib Bu gün, 11:48 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi Bu gün, 11:48 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib Bu gün, 10:48 Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR