
Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.