
Zaqatalada 44 yaşlı qadın avtomobilin onu vurması nəticəsində xəsarət alıb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində baş verib.
Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi "VAZ 21099" markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.