6-01-2026, 14:48 407

AZCON Holding şirkətlərindən olan ASCO-nun "Handysize" tipli "Murovdağ" gəmisi Türkiyənin "Özata" tərsanəsində əsaslı təmir edilib.

AVESTA.AZ ASCO-ya istinadən xəbər verir ki, təmir işləri Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan "RINA" Təsnifat Cəmiyyətinin nəzarəti altında yüksək peşəkarlıqla həyata keçirilib.

Proses ərzində əsas diqqət mexaniki və texniki sistemlərin etibarlılığına yönəldilib. Baş mühərriklərin əsaslı təmirini himayəçi mexanikin iştirakı ilə istehsalçının təsdiqlədiyi servis şirkəti yerinə yetirib. Üç ədəd köməkçi mühərrikin təmiri də gəmi heyəti və istehsalçı şirkətin mühəndisləri ilə birgə icra edilib.

Maşın şöbəsində boru xətlərinin qalınlığı lazer ölçmələri ilə yoxlanılıb, dəyişdirilməsi zəruri hesab olunan borular yeniləri ilə əvəzlənib. Həmçinin elektrik panelləri və avadanlıqlar tam testdən keçirilib.

Ətraf mühitin mühafizəsi təmir prosesinin prioritetlərindən biri olub. Balast Sularının İdarəetmə Sistemi (BWTS) üzrə nəzərdə tutulan 5 illik təmir planı yerinə yetirilib. Sistem ABŞ sularında balast əməliyyatlarının aparılması üçün modifikasiya edilib. Bununla da, "Murovdağ" gəmisi dünya üzrə bütün sularda balast əməliyyatlarını məhdudiyyətsiz həyata keçirmək imkanına malik olub.

Beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, yükqaldırma qurğuları müvafiq testlərdən keçirilib, istehsalçı tərəfindən bütün sistemlərin tam işlək vəziyyətdə olduğu rəsmi şəkildə təsdiqlənib. Naviqasiya cihazları və avadanlıqları yoxlanılıb, zəruri hesab olunan cihazlar üzrə istehsalçı tərəfindən müvafiq xidmət aktları təqdim edilib.

Gəminin göyərtəsində və anbar sahələrində boyama işləri aparılıb, sualtı hissə təmizlənərək xüsusi mühafizəedici boya ilə örtülüb. Bundan əlavə, emissiyalara nəzarət məqsədilə quraşdırılmış "EPL" sisteminin tam funksional vəziyyətdə olduğu təsdiqlənib.

Əsaslı təmir nəticəsində "Murovdağ" gəmisi yenilənərək daha təhlükəsiz və beynəlxalq tələblərə tam cavab verən vəziyyətdə istismara qaytarılıb. Təmirdən sonra "Murovdağ"ın ilk səfəri Misirdən ABŞ-yə planlaşdırılır.

Gəmi 38 000 ton yükgötürmə imkanına malikdir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr olan gəminin maksimum sürəti 15,7 uzeldir. Optimal suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

Paylaş

Xəbər lenti

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR