
Efiyopiyanın Afar bölgəsinin paytaxtı Samara şəhərində miqrantları daşıyan yük maşını qəzaya uğrayıb. Hadisə nəticəsində 22 nəfər ölüb, 65 nəfər yaralanıb, onlardan 30-u ağır vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicəyə başlanılıb. Rəsmi şəxslər bildirib ki, ölənlərin sayı artmaq ehtimalı da mövcuddur.
Hadisə dünən saat 11:00 radələrində baş verib və bölgə hakimiyyəti qəzanın səbəblərini araşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.