7-01-2026, 19:48 539

AZAL təyyarəsinin qəzası beynəlxalq hüquq prizmasında:

"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin imzası ilə Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub Vladimir Putinin mövqeyinə açıq-aşkar hörmətsizlikdir və Bastrıkinin hansı siyasi ambisiyalarda olduğunu göstərir".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev 2024-cü il dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı mətbuatda yayılan sənədi şərh edərkən deyib.

Deputat bildirib ki, həmin məktubun məzmunu Putinin ötən ilin oktyabrında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə açıqladığı rəsmi mövqe ilə açıq-aşkar ziddiyyət təşkil etdiyinə diqqət yetirilməlidir:

"Vladimir Putin AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmişdi. Həmçinin Putin üzr istədiyini bir daha xatırlatmışdı. Ötən il səsləndirilən cəfəng quşla toqquşma iddiasından sonra hava şəraitinin qəza səbəbi kimi gündəmə gətirilməsi və istintaqa xitam verilməsi absurddur, heç bir məntiqə sığmır. Mahiyyət bundan ibarətdir ki, Rusiya hava məkanında, Qroznı şəhərinin yaxınlığında təyyarəmiz yerdən açılan atəş nəticəsində zədələnib. Həmçinin təyyarəmiz radioelektron mübarizə vasitələri ilə idarəolunmaz vəziyyətə salınıb. Nəticə etibarilə, təyyarənin Aktau yaxınlığında məcburi qəza enişi zamanı 38 nəfər faciəli şəkildə həyatını itirib.

Əgər məsələ Rusiya-Azərbaycan ikitərəfli formatında həllini tapmayacaqsa, beynəlxalq hüquq çərçivəsində hüquqi qiymət verilməsi üçün Azərbaycan malik olduğu müxtəlif hüquqi alətləri işə salacaq. Azərbaycanın haqlı tələbləri beynəlxalq hava hüququnun prinsiplərinə, mülki aviasiyanın təhlükəsizliyinə qarşı qeyri-qanuni hərəkətlərlə mübarizəni nəzərdə tutan beynəlxalq normalara və Rusiya ilə hava əlaqələri haqqında ikitərəfli müqavilənin tələblərinə tam uyğun gəlir".

Deputat vurğulayıb ki, mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə aparmaq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əsas vəzifələrindəndir:

"1944-cü il Çikaqo Konvensiyası əsasında yaradılmış ICAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz inkişafını və bu sahədə beynəlxalq əməkdaşlığı təşkil etmək, eləcə də əlaqələndirmək səlahiyyətinə malikdir. Bu kontekstdə, xüsusilə AZAL təyyarəsinin vurulması ilə bağlı "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında" 1971-ci il Monreal Konvensiyasının yaratdığı öhdəlikləri və dövlətlərin üzərinə düşən məsuliyyəti vurğulamaq lazımdır. Monreal Konvensiyasının 1-ci maddəsinə görə, istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə onu sıradan çıxaran, yaxud uçuş zamanı təhlükə yarada bilən zədə yetirilməsi beynəlxalq mülki aviasiya üçün təhlükəli cinayət əməlləri sırasına daxil edilib. Həmin maddənin 2-ci hissəsinə əsasən, yuxarıda sadalanan cinayətlərdən hər hansı birini törətməyə cəhd edən və ya bu cinayətin törədilməsində iştirakçı qismində çıxış edən şəxs də cinayət törətmiş sayılır. Bundan əlavə, Azərbaycan ilə Rusiya arasında 1993-cü il noyabrın 22-də bağlanmış "Hava əlaqəsi haqqında" Sazişin 18-ci maddəsi beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizəni və müvafiq hüquqi məsuliyyəti nəzərdə tutur".

Parlamentari beynəlxalq praktikanı nümunə kimi göstərərək bildirib ki, Malayziya Hava Yollarına məxsus, MH17 reysini yerinə yetirən təyyarənin vurulması və bundan sonra müxtəlif məhkəmələrdə qaldırılan iddialar da bunu təsdiqləyir:

"Malaysia Airlines"a məxsus "MH17" reysi 17 iyul 2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın şərqində qəzaya uğradı. Təyyarədə olan 298 nəfərin hamısı həlak oldu. Beynəlxalq istintaqın nəticəsinə görə, təyyarə münaqişə zonasından atılan "Buk" tipli zenit raketi ilə vurulmuşdu. Hadisə beynəlxalq səviyyədə böyük rezonans doğurdu və ciddi siyasi-hüquqi nəticələrə səbəb oldu. BMT, Avropa İttifaqı (Aİ), NATO və digər beynəlxalq qurumlar məsələ ilə bağlı qəti mövqe ortaya qoyaraq şəffaf, müstəqil və obyektiv istintaq aparılmasını tələb etdilər. Bu hadisə beynəlxalq ictimaiyyət qarşısında münaqişə zonaları üzərindən mülki uçuşların təhlükəsizliyi, dövlətlərin məsuliyyəti və beynəlxalq hüquqi mexanizmlərin effektivliyi ilə bağlı ciddi suallar yaratdı.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2024-cü ilin dekabrında səsləndirdiyi fikir bu gün də aktuallığını qoruyur və məsələyə tam hüquqi qiymət verilənədək əhəmiyyətini saxlayacaq. Dövlətimizin başçısı qeyd etmişdi ki, Rusiya tərəfi məsələni ört-basdır etməyə çalışır və bu, heç kimə başucalığı gətirmir".

Qeyd edək ki, internetdə Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd dolaşmaqdadır. Sənəddə qeyd olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verildiyi qeyd olunur. Təbii ki, bu cür ifadələr baş vermiş faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Çünki qəzadan az sonra yayılan məlumatlarda AZAL təyyarəsinin "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qaldığı bildirilirdi. 2025-ci ilin son günlərində Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı istintaq məlumatlarına görə də "hava gəmisinə dəymiş zədələrin döyüş başlığının zərərverici elementləri tərəfindən yaradıldığı ehtimal edilir".

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR