
Goranboyda 56 yaşlı kişi zəhərlənərək ölüb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi, ev 10 ünvanında qeydə alınıb.
Məlumata görə, sözügedən mənzildə yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.