
Xırdalanda yolun ortasında yerləşən təhlükəli kanalizasiya lüku qəza riski daşıyır.
AVESTA.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, sözügedən lük sürücülər arasında "çöl yol" kimi tanınan ərazidə yerləşir.
Şikayətçi kuryerin sözlərinə görə, o həmin lük ucbatından motosikletini aşırıb və yıxılıb. Xoşbəxtlikdən yol boş olub və qəza daha ağır fəsadlara səbəb olmayıb.
Hadisə yerindən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.