
Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib.
AVESTA.AZ xəbər verir ki, mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2000 manatlıq noutbuk və qol saatının naməlum şəraitdə oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.