
“Qəbələ”nin futbolçusu İlkin Qırtımov zədələnib.
“Report”un məlumatına görə, müdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda ayağından xəsarət alıb.
Mübarizəni davam etdirə bilməyən 32 yaşlı müdafiəçi 62-ci dəqiqədə əvəzlənib. Onu yerinə Rövlan Muradov meydana daxil olub.
Qeyd edək ki, “Azersun Arena”da keçirilən görüşdə hesab 1:1-dir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.