8-12-2022, 21:02 578

AMEA-da ölkə başçısının sərəncamlarından irəli gələn vəzifələr müəyyən olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova 60 illik yubileyi ilə bağlı AMEA-nın Fəxri fərmanı təqdim olunub.

İclasda müzakirəyə çıxarılan birinci məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 6 dekabr 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr barədə olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 7 may 2021-ci il tarixli “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Akademik qeyd edib ki, bu Sərəncamın işığında Şuşada yenidən “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib, Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub, Güllələnmiş heykəllər abidəsi, Xan qızı bulağı yenidən qurulub və digər ədəbi-mədəni tədbirlər həyata keçirilib.

2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-un iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin və bundan irəli gələrək ölkə başçısının müvafiq Sərəncam imzalamasının tarixi hadisə olduğunu deyən AMEA rəhbəri bildirib ki, bu addımla ilk növbədə Türk dünyasının və ümumilikdə bütün dünyanın gözü Şuşada həyata keçirilən geniş quruculuq işlərinə yönələcək və Türk dünyasının inteqrasiyasına öz əməli töhfəsini verəcək.

Bu Sərəncamdan irəli gələrək AMEA-nın da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirən akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər Bölməsinin müəssisələrinin baş direktorlarına həyata keçiriləcək tədbirlərlə bağlı təkliflərin hazırlanmasına dair müvafiq tapşırıqlarını verib. Həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin türkiyəli həmkarlarının dəstəyi ilə Şuşada seysmoloji stansiyasının qurulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

İclasın gündəliyində duran növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında olub. AMEA rəhbəri qeyd edib ki, sözügedən sənəddən irəli gələrək Akademiyada yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi, Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitablar və monoqrafiyaların nəşri nəzərdə tutulur.

Akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da “Heydər Əliyev və Azərbaycançılıq konsepsiyası”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, “Bir millət, iki dövlət”, “Heydər Əliyev: dahilik, zaman və müasirlik” mövzusunda beynəlxalq konfransların keçiriləcəyini, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası”, “Heydər Əliyev və Azərbaycan tarixi problemləri”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyalarının, “Azərbaycan alimlərinin Heydər Əliyevlə bağlı xatirələri” kitabının və Azərbaycanın “Qırmızı kitab”ının III cildinin hazırlanacağını söyləyib.

Bundan əlavə, Ulu Öndərin həyatı və fəaliyyətini bütün yönləri ilə əks etdirəcək “Heydər Əliyev Ensiklopediyası”nın (2023-2024-cü illərdə) hazırlanacağını diqqətə çatdırıb.

Sonra Rəyasət Heyəti tərəfindən “Heydər Əliyev Ensiklopediyası”nın Redaksiya heyəti və İşçi qrupunun tərkibi təsdiqlənib.

İclasda akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər Planı haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 3 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələrək akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar AMEA-da Komissiya yaradılıb və elmi müəssisə və təşkilatlardan müvafiq təkliflər yığılıb. AMEA rəhbəri bildirib ki, təkliflər əsasında “Peşə patologiyalarının tədqiqi və müalicəsi: nailiyyətlər və aktual problemlər”, “Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva: vətəndaşlıq missiyası və həkimlik andı” mövzusunda yerli və beynəlxalq konfransların keçirilməsi, “Həyat Elmləri və Biotibb” jurnalının xüsusi nömrəsinin hazırlanması, akademik Zərifə Əliyevaya həsr olunmuş monoqrafiyanın və biblioqrafiyasının hazırlanması, çapı və digər tədiblərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Akademik Rəhim Rəhimovun 100 illik yubileyi, Radiasiya Problemləri İnstitutunun əyani doktorantı Kənan Həsənovun Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilməsi və “Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2022-2024-cü illər üzrə kollektiv Saziş”in təsdiq edilməsi haqqında qərarlar qəbul edilib.

İclasda aparılan müzakirələrdə akademiklər Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Qurban Yetirmişli, professorlar Kərim Şükürov, Habil Qurbanov, tarix elmləri doktoru Eynulla Mədətli və Vaqif Bəhmənli çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR