18-01-2026, 18:48 256

2026-cı ildə bizi gözləyən maliyyə sınaqları - Gəlir və xərclərimizi necə balanslaşdırmalıyıq?

2026-cı ilin dünyada iqtisadi baxımdan çətin il olacağı proqnozlaşdırılır. Ekspertlər qiymətlərin artacağını, bazarlarda qeyri-sabitliyin davam edəcəyini və inflyasiyanın təsirinin hiss olunacağını bildirirlər. Bu isə vətəndaşlar üçün maliyyə qeyri-müəyyənliyi deməkdir. Belə ki, ailə büdcəsi, gündəlik xərclər və qənaət planları bu şəraitdə ciddi sınaqdan keçəcək. Maraqlıdır, əgər bu proqnozlar özünü doğruldarsa, gəlir və xərclərimizi necə balanslaşdırmalıyıq? Belə bir şəraitdə qənaəti hansı prinsiplər üzərində qurmaq daha doğru olar?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Emosional istəklər minimuma endirilməlidir"

Xərclər üzrə konsultant Ruzanna Bəşirova bildirib ki, gündəlik maliyyəni qorumağın praktik yolları yalnız planlı yanaşma ilə mümkündür. Onun sözlərinə görə, qida, kommunal, əyləncə və alış-veriş daxil olmaqla bütün xərclərdə qənaət vacibdir: "Ayaqüstü və küçə qidalarından uzaqlaşmaq, sağlam qidalanmaq təkcə büdcəyə deyil, həm də orqanizmə xeyirdir. Qeyri-sağlam qidalanmanın xərci yalnız həmin qidalara verilən pulla bitmir, sonradan yarada biləcəyi fəsadları aradan qaldırmaq üçün də əlavə xərc tələb olunur. Kommunal xərclər tam nəzarətdə olmasa da, qənaət həm şəxsi büdcəyə, həm də ölkə və dünya iqtisadiyyatına, eləcə də ekologiyaya faydalıdır. Məsələn, diş fırçalayarkən suyu bağlamaq kimi sadə addımlar hər kəsin edə biləcəyi qənaət nümunələridir.

Əyləncə ona görə vacibdir ki, gərgin fiziki və zehni işdən sonra dincələ bilək. Lakin normadan artıq olduqda bu, istirahətdən çox yorğunluq yaradır və büdcəyə mənfi təsir göstərir. Ay ərzində bir konsert və ya teatr tamaşası, bir-iki tədbir və ya ad günü kifayət edir. Alış-veriş xərclərini nizamlamaq üçün isə ehtiyac siyahısı hazırlanmalı, yalnız həqiqətən lazım olan məhsullar alınmalı, emosional istəklər minimuma endirilməli, bəziləri isə tamamilə siyahıdan çıxarılmalıdır. Emosional xərclər büdcəyə ən çox təsir edən, lakin ciddi fayda verməyən xərclərdir".

Ağıllı alış prinsipləri

Ruzanna Bəşirova vurğulayır ki, market alış-verişində və gündəlik xərclərdə diqqətli davranmaq büdcənin qorunmasında mühüm rol oynayır: "Saxta endirimlərə aldanmayın, ehtiyac olmadığı halda sadəcə xoşunuza gəldiyi üçün məhsul almayın. Kassada növbə gözləyərkən, marketin impulsiv satış hiyləsi kimi kassanın yanına düzülmüş məhsullardan almağa tələsməyin. Kiçik görünən bu xərclər ay sonunda ciddi yük yarada bilər. Qiymət artımı və inflyasiya şəraitində alış-verişi səmərəli etmək üçün "ağıllı alış" prinsiplərinə əməl edin. Müxtəlif marketlərdə eyni məhsulların qiymətləri fərqli olur. Məsələn, bəzi marketlərdə ərzaq məhsulları daha ucuz, digərlərində isə təmizlik vasitələri daha münasib olur. Buna görə də bütün alış-verişi eyni marketdən etmək əvəzinə, siyahıya əsasən fərqli marketlərdən alış-veriş edin. Büdcə planlaması mütləq olmalıdır. Plansızlıq xaos yaradır. Xaotik ortamda isə proseslər sistemsiz və nizamsız cərəyan edir və vəziyyət daha da ağırlaşır".

Ehtiyaclar, istəklər və arzular

Maliyyə planlama tətbiqi "Origin"in təsisçisi Mett Uotson böhran dövrünə hazırlaşmağın ilk addımının mövcud vəziyyəti qiymətləndirmək olduğunu bildirir: "Büdcənizə və kart xərclərinizə baxın və hər ay nə qədər xərclədiyinizi bilin. Nə qədər çox lazımsız xərci azaltsanız, fövqəladə hallara daha çox pul yığa bilərsiniz. Seçiminiz ya indi, ya da sonra qənaət etmək olmalıdır. İndi qənaət etmək həm daha asandır, həm də gözlənilməz xərclərə qarşı ehtiyat yaradır".

Maliyyə planlama şirkətinin təsisçisi Cim Veil isə xərcləri üç kateqoriyaya ayırmağı tövsiyə edir: ehtiyaclar, istəklər və arzular. O deyir ki, böyük arzular adətən yüksək xərclərlə bağlıdır və təxirə salına bilər, məsələn, uzun səyahət. Hazırda bu kateqoriyadakı xərcləri azaltmaq və maliyyənizin stabilləşməsini gözləmək daha məqsədəuyğundur.

"Yüksəkfaizli borcları öncə ödəyin"

İstehlakçı müdafiəçisi Kortni Alev isə böhran dövründə psixoloji sağlamlığın qorunmasının vacibliyini qeyd edir: "Qiymət artımı və iş itkiləri barədə xəbərlər stres yarada bilər. Maliyyənizi qoruyarkən psixoloji sağlamlığınıza da diqqət yetirin. Xəbərlərdən xəbərdar olmaq yaxşıdır, amma onların sizi idarə etməsinə imkan verməyin. Əgər maliyyənizlə bağlı yüksək stres və narahatlıq hiss edirsinizsə, maliyyə terapevti kimi mütəxəssislərlə əlaqə saxlayın. Ölkə iqtisadiyyatını düşünmək əvəzinə, öz şəxsi həyatınızdakı idarə edə biləcəyiniz sahələrə fokuslanın ki, böhran olsa belə, daha inamlı olasınız".

O, həmçinin fövqəladə qənaət fondunun vacibliyini vurğulayır: "Kiçik də olsa, bu fonda pul yığmaq əhəmiyyətli fərq yarada bilər. İdeal olaraq, fond 3-6 aylıq xərclərə bərabər olmalıdır. Borclarınız varsa, kredit kartı, tələbə krediti və s. qənaət fondu yaradaraq, eyni anda borcları da idarə etmək üçün prioritet müəyyənləşdirin. Borcları qısa, orta və uzunmüddətli olaraq ayırın. Yüksəkfaizli borcları (məsələn, kredit kartı) öncə ödəyin. Tələbə krediti və ipoteka kimi uzunmüddətli borcları daha yavaş ödəyərək, qənaət fondu yaratmağa fokuslanın".

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR