19-01-2026, 13:48 262

Tramp İrana zərbə endirməkdən buna görə vaz keçib

ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə apardığı danışıqlardan sonra İrana zərbə endirmək niyyətindən geri çəkilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp son bir həftə ərzində İrana hücum variantını bir neçə dəfə gündəmə gətirib və bunu ölkədə etirazların sərt şəkildə yatırılması ilə əsaslandırıb.

Lakin "Axios" yazır ki, bölgədə kifayət qədər hərbi texnikanın olmaması, İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərin xəbərdarlıqları, yüksək vəzifəli köməkçilərin mümkün nəticələr və hücum variantlarının effektivliyi ilə bağlı narahatlıqları, eləcə də qeyri-rəsmi kanallar vasitəsilə iranlılarla aparılan gizli danışıqlar Trampın bu qərardan vaz keçməsinə səbəb olub.

Məqalədə bildirilir ki, Netanyahu Tramp ilə telefon danışığı zamanı İsrailin İranın mümkün cavab zərbələrinə qarşı hazır olmadığını vurğulayıb. O, xüsusilə ABŞ-nin bölgədə İran raketləri və pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün kifayət qədər resursunun olmadığını qeyd edib və Vaşinqtonun hazırladığı planı yetərincə effektiv hesab etmədiyini bildirib.

Axios-un mənbələrinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da ABŞ prezidentinə zəng edərək İrana qarşı zərbələrin regional sabitlik üçün ciddi risklər yaradacağından dərin narahatlığını ifadə edib.

Bəzi rəsmi şəxslər bildiriblər ki, Trampın qərarına təsir edən əsas amillərdən biri də iyun ayında İranla qarşıdurmadan sonra ABŞ hərbi qüvvələrinin və texnikasının bir hissəsinin Karib hövzəsi və Şərqi Asiya ölkələrinə köçürülməsi olub. Bu isə Vaşinqtonun Yaxın Şərqdəki hərbi imkanlarını məhdudlaşdırıb.

Bununla belə, Ağ Evin nümayəndəsi Axios-un iddialarını təkzib edib və ABŞ-nin bölgədə kifayət qədər resurslara malik olduğunu, prezident qərar verərsə, ona təqdim edilən müxtəlif variantların reallaşdırıla biləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ İranın Amerika hərbi bazalarına hücum edəcəyi təqdirdə güclü cavab zərbəsi endiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Paylaş

Xəbər lenti

Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR