
Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Belə ki, "QAZel" markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü Şirxan Rəşid oğlu İmanovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.