20-01-2026, 12:48 281

"SOCAR Karbamid" zavodu Dünya İqtisadi Forumunun nüfuzlu "Qlobal mayak" Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun "Rəqəmsal mayak" (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

BAKU.WS-in məlumatına görə, Dünya İqtisadi Forumu çərçivəsində mükafat SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.

Bu nailiyyətin zavodda istehsalatın rəqəmsallaşdırılması və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayan SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "SOCAR Karbamid" Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 "Digital Lighthouse Award" mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir".

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: ""Rəqəmsal Mayak" mükafatını alaraq "Qlobal Mayak" Şəbəkəsinə üzv qəbul olunması şirkətimizin transformasiya strategiyasının təzahürüdür. Bu, eyni zamanda rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin azaldılmasını nümayiş etdirir. Biz SOCAR üzrə bu imkanların miqyasını genişləndirərək təhlükəsiz, səmərəli və dayanıqlı əməliyyatlar sahəsində yeni etalonlar müəyyənləşdirməyə davam edəcəyik".

Son üç il ərzində həyata keçirilən sistemli transformasiya və innovasiya yönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın ən iri və nüfuzlu şirkətləri sırasında fərqlənərək 2025-ci ildə ilkin olaraq finalçılar sırasında yer alıb, növbəti mərhələdə Dünya İqtisadi Forumunun təmin etdiyi ekspertlər tərəfindən yerində qiymətləndirmə aparılıb və nəticə olaraq "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edilib və "Rəqəmsal mayak" mükafatına layiq görülüb.

Qeyd edək ki, bundan öncə "Petkim" neft-kimya kompleksi və "Star" neft emalı zavoduna "Digital Lighthouse Award" mükafatı təqdim olunub. Eyni zamanda, "SOCAR Karbamid" Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu nailiyyəti qazanan ilk zavoddur. Bununla yanaşı, müəssisə dünyada bu mükafatı əldə etmiş ilk gübrə zavodudur.

Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, "SOCAR Karbamid"in fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsi, süni intellekt modellərindən istifadə, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsi genişləndirilib.

Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən "ağıllı" zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər "qapalı dövriyyəli avtonom proses" idarəetməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24% yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların 70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.

Xatırladaq ki, 2018-ci ildə təsis olunan "Global Lighthouse Network" Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. Süni intellektdən və digər 4-cü Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən, istehsalat sahələrində və dəyər zəncirlərində yüksək nəticələr əldə edən, innovativ yanaşmalar sayəsində əməliyyat effektivliyini artıran, ətraf mühitə təsiri azaldan və bazar dəyişikliklərinə daha çevik reaksiya vermək imkanı qazanan şirkətlər bu şəbəkəyə qoşulmaq imkanı əldə edir. "Global Lighthouse Network" platforması üzv müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək, yeni əməkdaşlıqlar qurmaq üçün əlavə imkanlar yaradır.

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR