23-01-2026, 08:48 111

Putin-Uitkoff görüşü 4 saatdan çox çəkdi: hansı qərarlar qəbul olundu?

Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və tanınmış sahibkar Cared Kuşnerlə uzunmüddətli görüş keçirib.

BAKU.WS xəbər verir ki, təxminən dörd saat davam edən danışıqlar barədə məlumatı Kremlin rəsmisi Yuri Uşakov verib.

Görüş zamanı amerikalı nümayəndələr Putini ABŞ və Ukrayna liderlərinin Davosda baş tutan təmasları ilə bağlı məlumatlandırıblar.

Danışıqların əsas nəticələrindən biri yanvarın 23-də Əbu-Dabidə təhlükəsizlik mövzularına həsr olunmuş Rusiya-ABŞ-Ukrayna formatında üçtərəfli işçi qrupunun toplantısının keçirilməsi barədə razılıq olub. Bildirilib ki, Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov rəhbərlik edəcək.

Eyni zamanda, Stiv Uitkoffun Əbu-Dabidə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ayrıca görüş planlaşdırdığı da açıqlanıb.

Kremldə keçirilən müzakirələrdə yalnız Ukrayna məsələsi ilə kifayətlənməyərək, Sülh Şurasının fəaliyyəti, Qrenlandiya ətrafındakı proseslər və digər beynəlxalq mövzular da gündəmə gətirilib.

Yuri Uşakovun sözlərinə görə, Moskva Ukrayna münaqişəsində ərazi məsələləri razılaşdırılmadan davamlı sülhün mümkün olmadığını düşünür və bu istiqamətdə anlaşma əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların davam edəcəyini açıq şəkildə bəyan edib.

Buna baxmayaraq, Kremlin nümayəndəsi görüşü həm Rusiya, həm də ABŞ üçün ümumilikdə faydalı və konstruktiv qiymətləndirib.

Paylaş

Xəbər lenti

Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur Bu gün, 00:48 İrandan gələn təzadlı açıqlamalar: Taktika, yoxsa parçalanma? Bu gün, 00:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? Bu gün, 00:48 Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub Dünən, 23:48 "X" sosial şəbəkəsinin işində problemlər yaranıb Dünən, 23:48 XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub Dünən, 23:48 Kallas: Aİ-nin İsrailə təzyiq göstərmək imkanları məhduddur, lakin dialoq davam edir Dünən, 23:48 Bakı metrosunda qatarın informasiya sistemi sıradan çıxdı Dünən, 23:48 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq Dünən, 23:48 CENTCOM: "Blokadanın əvvəlindən İranla əlaqəli 27 gəmi ələ keçirilib" Dünən, 22:48 Sakinlər mənzillərinə çıxarış ala bilmirlər: Problem niyə olunmur? Dünən, 22:48 İraq 10 ildən sonra Suriya ilə sərhəd keçid məntəqəsini açıb Dünən, 22:48 Azərbaycanda məşhur iş adamı dəniz kənarındakı villasına mebel alıb pulunu ödəməyib? Dünən, 22:48 Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər Dünən, 22:48 Azər Kərimli: Jülyen Odul Fransada 9 milyon müsəlmanın yaşadığını unudub Dünən, 22:48 Media: İranın danışıqlarda iştirak etməmək qərarı hələ ki dəyişməyib Dünən, 21:48 Yuri Qusev Azərbaycana təşəkkür edib Dünən, 21:48 KİV: Son 12 saatda Hörmüz boğazından üç gəmi keçib Dünən, 21:48 Kür çayının daşması nəticəsində Samuxda əkin sahələrini su basıb Dünən, 20:48 "ChatGPT"nin işi ilə bağlı problem yaranıb Dünən, 20:48 Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi Dünən, 20:48 Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib Dünən, 20:48 BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa edib Dünən, 19:48 "Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib Dünən, 19:48 Bu yoldan keçərkən ehtiyatlı olun Dünən, 19:48 "Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA Dünən, 19:48 "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib Dünən, 18:48 Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA Dünən, 18:48 İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir Dünən, 18:48 İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb Dünən, 18:48 Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq Dünən, 18:48 Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Dünən, 17:48 2 100 abonentin qazı kəsiləcək Dünən, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Dünən, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Dünən, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Dünən, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Dünən, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Dünən, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Dünən, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Dünən, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Dünən, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Dünən, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Dünən, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Dünən, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Dünən, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Dünən, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Dünən, 16:48 Bakının bir hissəsində qaz kəsilib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR