Bu gün, 20:48 13

Elçin Əmirbəyov

Azərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalandığı 2015-ci ildən etibarən ikitərəfli münasibətlər uğurla inkişaf edir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində "Euro" (Financial Times) jurnalına müsahibəsində deyib.

Müsahibə zamanı Azərbaycan–Çexiya strateji tərəfdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və bu xüsusda Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat qovşağına çevrilməsi, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov Çexiyanın idxal etdiyi xam neftin mühüm hissəsinin Azərbaycandan tədarük olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasında enerji əməkdaşlığının yalnız neft sektoru ilə məhdudlaşmadığını, təbii qaz, bərpaolunan enerji və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.

Bununla yanaşı, Azərbaycan ilə Çexiya arasında müdafiə, sənaye, texnologiyalar və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün imkanların olduğu qeyd edilib.

Elçin Əmirbəyov

Müsahibədə enerji təhlükəsizliyi məsələlərinə xüsusi yer ayrılıb. E.Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinin son dövrlərin geosiyasi böhranları fonunda yaranmadığını, ölkəmizin hələ 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynadığını qeyd edib. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də 2020-ci ildə tamamlanmış Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir. E.Əmirbəyov Azərbaycanın bazardakı dəyişkənlik və geosiyasi mürəkkəbliklərdən asılı olmayaraq, öhdəliklərinə sadiq, uzunmüddətli və etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyini diqqətə çatdırıb.

E.Əmirbəyov bildirib ki, Avropa hazırda həm şimalda, həm də cənubda mövcud qeyri-sabitlik fonunda əlavə enerji həcmləri axtarır. Azərbaycan isə bu tələbatın qarşılanmasına hazırdır. Bununla belə, xüsusilə təbii qaz tədarükünün artırılması üçün mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə ehtiyac duyulur. Bu xüsusda Avropa İttifaqının maliyyə institutları tərəfindən sərmayələrin və maliyyə dəstək mexanizmlərinin cəlb olunması vacibdir.

Hazırkı geosiyasi vəziyyət fonunda Orta Dəhlizin artan əhəmiyyətindən bəhs edən E.Əmirbəyov qeyd edib ki, Avropanın yeni bazarlara və təbii sərvətlərlə zəngin regionlara çıxışını təmin etmək baxımından Cənubi Qafqaz və Azərbaycan mühüm rol oynayır.

Müsahibədə Azərbaycan-Ermənistan sülh prosesi və regional bağlantıların bərpası məsələsinə də toxunulub. E.Əmirbəyov uzun illər ərzində münaqişə səbəbindən Azərbaycan ilə Ermənistan arasında birbaşa əlaqələrin mövcud olmadığını, regiondakı əsas marşrutların yalnız Gürcüstan və Türkiyə üzərindən keçdiyini qeyd edib. O bildirib ki, hazırda yaranmış yeni şəraitdə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə və Cənubi Qafqazın iqtisadi potensialının gücləndirilməsinə xidmət edə bilər. E.Əmirbəyov Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Gürcüstan marşrutuna əlavə olaraq yük daşımaları üçün daha qısa və sərfəli marşrutun formalaşacağını bildirib.

Bu kontekstdə Avropa İttifaqının infrastruktur layihələrinə mümkün dəstəyi məsələsinə də toxunulub. E.Əmirbəyov qeyd edib ki, söhbət əsasən münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş Naxçıvan ərazisindəki təxminən 174 kilometrlik dəmir yolunun bərpasından gedir. Bildirilib ki, sözügedən layihə üzrə artıq Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının öz maliyyə resurslarını bu layihəyə cəlb etməsi təkcə nəqliyyat dəhlizlərinin inkişafına deyil, eyni zamanda regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Elçin Əmirbəyov

Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətinə dair sualı cavablandıran E.Əmirbəyov ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını və tərəflərin hazırda de-fakto sülh şəraitində yaşadığını bildirib. O, ötən dövr ərzində bu istiqamətdə görülmüş etimad quruculuğu tədbirlərinə də diqqət çəkib, Ermənistana tranzit yük daşımalarına tətbiq olunan məhdudiyyətin aradan qaldırıldığını, yanacağın tədarük edildiyini və iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini qeyd edib.

E.Əmirbəyov Ermənistanın daxili siyasi proseslərinin də sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması baxımından həlledici rol oynaya biləcəyini vurğulayıb. Bildirilib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi yozula biləcək hər hansı müddəanın yer almaması sülh sazişinin imzalanması və uzunmüddətli sabitliyin təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.

Müsahibə zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. E.Əmirbəyov Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, münaqişələrin beynəlxalq hüquq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. İran ətrafında gərginliyə münasibət bildirən E.Əmirbəyov bu vəziyyətin bütün region üçün ciddi narahatlıq doğurduğunu, qeyri-sabitliyin yayılmasının təhlükəsizlik, iqtisadi layihələr, enerji və bağlantı təşəbbüsləri üçün risklər yarada biləcəyini vurğulayıb.

Qeyd edək ki, E. Əmirbəyov aprelin 14-də "CNN Prima News"a da müsahibə verib.

Paylaş

Xəbər lenti

Media: İranın danışıqlarda iştirak etməmək qərarı hələ ki dəyişməyib Bu gün, 21:48 Yuri Qusev Azərbaycana təşəkkür edib Bu gün, 21:48 KİV: Son 12 saatda Hörmüz boğazından üç gəmi keçib Bu gün, 21:48 Kür çayının daşması nəticəsində Samuxda əkin sahələrini su basıb Bu gün, 20:48 "ChatGPT"nin işi ilə bağlı problem yaranıb Bu gün, 20:48 Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi Bu gün, 20:48 Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib Bu gün, 20:48 BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa edib Bu gün, 19:48 "Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib Bu gün, 19:48 Bu yoldan keçərkən ehtiyatlı olun Bu gün, 19:48 "Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA Bu gün, 19:48 "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib Bu gün, 18:48 Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA Bu gün, 18:48 İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir Bu gün, 18:48 İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 18:48 Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq Bu gün, 18:48 Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Bu gün, 17:48 2 100 abonentin qazı kəsiləcək Bu gün, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Bu gün, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Bu gün, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Bu gün, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Bu gün, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Bu gün, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Bu gün, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Bu gün, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Bu gün, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Bu gün, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Bu gün, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Bu gün, 16:48 Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR