
İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi zamanı ölənlərin sayı 10-a çatıb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 89 nəfər itkin düşmüş sayılır.
***09:49
İndoneziyada baş verən torpaq sürüşməsi insan tələfatına səbəb olub.
AVESTA.AZ-in məlumatına görə, "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Agentliyinə istinadən xəbər yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində azı 7 nəfər həyatını itirib, 82 nəfər isə itkin düşüb. Hadisə Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda qeydə alınıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.