26-01-2026, 12:48 190

2025-ci ildə Azercell-in dəstəyi ilə fəaliyyət göstərən

Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti"nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb.

2024-cü ildə xidmətə 1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-ə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.

Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.

Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub.

Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə üzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.

Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı "Oflayn qadınlar" sosial layihəsi də həyata keçirilib. Azercell 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin "Narıncı Gün" təşəbbüsü çərçivəsində "Ümidli Gələcək" İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.

Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır.

Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.

2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində "Qadınlara Dəstək Xətti" broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib.

Qeyd edək ki, Azercell-in təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti" 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib.

"Qadın Dəstək Xətti" Azercell və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

Paylaş

Xəbər lenti

Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Bu gün, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Bu gün, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Bu gün, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Bu gün, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Bu gün, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Bu gün, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Bu gün, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Bu gün, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Bu gün, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Bu gün, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Bu gün, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Bu gün, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Bu gün, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Bu gün, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Bu gün, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Bu gün, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Bu gün, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Bu gün, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Bu gün, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Bu gün, 17:48 Media Kuboku 2026-nın püşkü atıldı Bu gün, 16:49 Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü - TƏFƏRRÜAT Bu gün, 16:48 Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi Bu gün, 16:48 Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib Bu gün, 16:48 "NEWS.ru": Süni intellekt IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri olub Bu gün, 16:48 Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb Bu gün, 16:48 Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub Bu gün, 16:48 Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib Bu gün, 16:48 FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub Bu gün, 15:49 Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 15:48 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü Bu gün, 15:48 Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı Bu gün, 15:48 Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Bu gün, 15:48 Şuşada tarixi çıxış: Azərbaycan yeni xarici siyasət mərhələsinə keçir? Bu gün, 15:48 AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb Bu gün, 15:48 Tramp İrana dəyən ziyanı açıqladı Bu gün, 14:48 Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 14:48 Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar Bu gün, 14:48 Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi Bu gün, 14:48 Danla Biliç xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır Bu gün, 14:48 Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb Bu gün, 13:48 Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO Bu gün, 13:48 Prokuror "Beniz"ə ağır cəza istədi Bu gün, 13:48 ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra... Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR