
Ötən il Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. Baş prokuror qeyd edib ki, onlardan altı şəxs barəsində beş iş qəsdən adam öldürmə faktları ilə bağlı olub:
"Daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş dörd qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.