3-02-2026, 18:48 226

Azərbaycanda kreditləşmənin sürətli artımı və dividend ödənişləri bankların kapital buferlərinin azalmasına gətirib çıxarıb, bununla belə, ümumilikdə 2026-cı ildə sektorun kapitallaşma səviyyəsinin sabit qalacağı gözlənilir.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, buna Azərbaycan banklarının yüksək mənfəətliliyi və aktivlərin mülayim artım templəri töhfə verəcək.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan, Ermənistan və Gürcüstan banklarının kredit göstəriciləri güclü olaraq qalır və hələ də tarixi normaları üstələyir: "Sektora iqtisadi artımın yüksək templəri, suveren kredit profillərinin yaxşılaşması və Ukraynada davam edən münaqişənin dolayı təsirləri dəstək verib".

"Fitch" qeyd edib ki, 2022-ci ildən 2025-ci ilin doqquz ayına qədər olan dövrdə region bankları rekord mənfəətlilik nümayiş etdiriblər: "Faiz dərəcələrinin artırılması fonunda xalis faiz marjası 1-2 faiz bəndi artıb. Ermənistan və daha az dərəcədə Gürcüstan bankları tranzit ticarəti, miqrasiya və Rusiyadan gələn köçürmələr ilə bağlı komissiyaların artması hesabına əlavə gəlir əldə ediblər. Azərbaycanda isə mənfəətlilik ötən illərin problemli aktivləri üzrə risklərin azalması hesabına dəstəklənib".

Agentlik vurğulayıb ki, Ermənistan və Gürcüstanda kapitalın adekvatlıq əmsalları yüksək mənfəət və ciddi tənzimləmə tələbləri sayəsində dayanıqlı olaraq qalır. Bank aktivlərinin keyfiyyəti hər üç ölkədə yaxşılaşıb, lakin problemli kreditlərin payının daha da azalması hazırkı səviyyələrin aşağı olması səbəbindən məhdudlaşa bilər.

"Fitch"in məlumatına görə, 2021-ci ildən bəri aktivlərin keyfiyyətində ən nəzərəçarpacaq yaxşılaşma Azərbaycan banklarında müşahidə olunub. Buna milli valyutada daha şaxələndirilmiş kreditləşməyə keçid və borcalanların ödəmə qabiliyyətinə dair tələblərin sərtləşdirilməsi töhfə verib.

Agentliyin məlumatına əsasən, regionda dollarlaşma səviyyəsi aşağı düşüb, lakin Gürcüstanda (2025-ci ilin üçüncü rübünün sonuna kreditlərin 42 %-i) və Ermənistanda (34 %-i) yüksək olaraq qalır. Azərbaycanda xarici valyutada kreditlərin payı əhəmiyyətli dərəcədə aşağı (14 %) olub. Bu isə manatın ABŞ dollarına effektiv bağlılığı və xarici valyutada kreditləşmənin sərt qaydaları ilə izah edilir.

Bununla yanaşı, bildirilib ki, bank sektorunun likvidliyi komfortlu səviyyədə qalır. Bununla belə, depozit axınının normallaşması fonunda 2025-ci ilin sentyabr ayının sonuna Ermənistan və Gürcüstanda kreditlərin depozitlərə münasibətdə orta sahəvi əmsalı 105 %-i (2022-ci ilin sonundakı müvafiq olaraq 82 % və 101 %-ə qarşı) ötüb. Azərbaycanda bu göstərici 80 % təşkil edib.

Regionun banklarının reytinqləri "B"-"BB+" diapazonunda dəyişir. Gürcüstanın (BB/Stable) və Ermənistanın (BB-/Positive) ən böyük banklarının reytinqləri onların suveren dövlətlərinin reytinqlərinə uyğundur.

Eyni zamanda Azərbaycan banklarının reytinqləri ölkənin suveren reytinqindən (BBB-/ Stable) aşağı olaraq qalır ki, bu da onların müstəqil kredit profillərinə və əməliyyat mühitinə verilən qiyməti (bb-/ stable) əks etdirir. "Fitch" hesab edir ki, tənzimlənmənin daha da gücləndirilməsi və dayanıqlı maliyyə göstəriciləri Azərbaycan banklarının reytinqlərinin yüksəlməsinə şərait yarada bilər.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR