5-02-2026, 08:48 182

Azərbaycanın təşəbbüsü ilə BMT-də müzakirə təşkil olundu

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ilə Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Sülh və həmrəylik üçün effektiv mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək üçün yaxşı təcrübələrin müəyyən edilməsi: Əldə edilən dərslər" mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Ümumdünya Dinlərarası Harmoniya Həftəsi və Beynəlxalq İnsan Qardaşlığı Günü çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq, BMT Baş katibinin köməkçisi və "UN Women"in icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda, UNESCO-nun BMT-dəki nümayəndəsi Eliot Minçenberq, Esseks Universitenin İnsan Hüquqları Mərkəzinin professoru Əhməd Şahid və "Religions for Peace International" qeyri-hökumət təşkilatının baş katibi Fransis Kuria məruzə ilə çıxış ediblər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayevin moderatorluğu ilə baş tutan müzakirələrdə, həmçinin BMT-nin yüksəksəviyyəli rəsmiləri, üzv dövlətlərin səfirləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

T.Musayev qeyd edib ki, panelin təşkilində əsas məqsəd mədəniyyətlər və dinlərarası dialoqu gücləndirmək üçün effektiv yanaşmaları müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və artan qütbləşmə fonunda innovativ həlləri müzakirə etməkdir.

F.Cəfərov bildirib ki, artan geosiyasi gərginlik fonunda dialoq yalnız ideal deyil, praktik zərurətdir:

"Mədəniyyətlər və dinlərarası dialoq artıq normativ arzu deyil, münaqişələrin qarşısının alınması, etimad quruculuğu və dayanıqlı inkişaf üçün praktik alətdir".

Nazir müavini 2008-ci ildə başlanmış "Bakı Prosesi"nin bu sahədə qlobal platformaya çevrildiyini vurğulayıb və qeyd edib ki, bu proses hökumətlərlə yanaşı, dini liderləri, alimləri, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirən inklüziv modeldir. F.Cəfərov əlavə edib ki, Azərbaycan bu il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.

Çıxışlarda qeyd edilib ki, dünyada dözümsüzlük, ayrı-seçkilik və zorakılıq hallarının artması beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu panel xüsusi əhəmiyyət kəsb edir.

Panel iştirakçıların sualları və müzakirələrlə davam edib.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR