
Bakının Yasamal rayonu ərazisində dünən yanğın hadisəsi qeydə alınıb.
AVESTA.AZ-in "qaynar xətti"nə daxil olan məlumata görə, yanğın "Təzə Pir" məscidinin yaxınlığında yerləşən Əlövsət Quliyev küçəsindəki fərdi yaşayış evində baş verib.
Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürmə maşını cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.