
Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.