5-02-2026, 23:48 309

Arıqlamağa mane olan 7

Arıqlamaq istəyənlərin çoxu şirniyyatdan imtina etməyin və kalori saymağın kifayət etdiyini düşünür. Lakin gündəlik rasionda "zərərsiz" və ya hətta "dietik" kimi təqdim olunan bəzi məhsullar var ki, çəki itirmə prosesini səssizcə ləngidə bilir.

AVESTA.AZ xəbər verir ki, rusiyalı mütəxəssis Olqa Yablokova NEWS.ru-ya açıqlamasında arıqlamağa mane olan 7 qeyri-adi məhsulu sadalayıb.

1. Protein və dənli batonlar

Sağlam qəlyanaltı kimi təqdim olunsa da, bu məhsulların tərkibində gizli şəkərlər, şirinləşdiricilər və müxtəlif kimyəvi əlavələr olur. Onlar toxluq hissini uzunmüddətli təmin etmir və nəticədə insan daha çox yeməyə meyilli olur.

2. Qurudulmuş meyvələr

Bəzi istehsalçılar dad və görünüşü yaxşılaşdırmaq üçün quru meyvələri şəkər siropu ilə örtürlər. Onsuz da kalorili olan bu məhsullar (məsələn, banan və xurma) beləliklə "şəkər bombası"na çevrilir.

3. Meyvə şirələri (hətta təzə sıxılmış)

Şirələrdə lif olmadığı üçün fruktoza sürətlə qana sorulur. Bu isə qlükozanın kəskin artmasına, daha sonra isə sürətlə enməsinə səbəb olur. Nəticədə iştaha artır və yağ yığımı sürətlənə bilər.

4. Mağazalarda satılan hazır yeməklər

"Sağlam qidalanma" adı ilə təqdim edilən toyuq-qarabaşaq, pəhriz sirnik və digər hazır məhsulların tərkibində artıq yağ, şəkər, duz və konservantlar ola bilər. Dad gücləndiriciləri maddələr mübadiləsinə mənfi təsir göstərə, zülalın azlığı isə əzələ kütləsinin azalmasına səbəb ola bilər.

5. Bitki mənşəli süd

Badam və ya yulaf südü mağaza variantında çox vaxt şirinləşdiricilər və qatqılarla zəngin olur. Mütəxəssis bildirir ki, bəzi hallarda yüksək karbohidrat və yağ turşuları balansı çəki artımına və həzm problemlərinə yol aça bilər.

6. Qurudulmuş və hisə verilmiş quş əti

Pəhriz məhsulu kimi qəbul edilən qurudulmuş toyuq filesində artıq duz, şəkər və yağ ola bilər. Hisə verilmiş məhsullarda isə əlavə emal nəticəsində orqanizm üçün arzuolunmaz birləşmələr yaranır.

7. Hazır smuzilər

Satışda olan smuzilər əsasən şirin meyvələr və əlavə şirinləşdiricilərlə hazırlanır. Lif çatışmazlığı səbəbindən qanda şəkərin səviyyəsi sürətlə dəyişir və bu da qısa müddət sonra yenidən aclıq hissi yaradır.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR