6-02-2026, 15:48 174

Şura:

"İdrak" liseyində baş vermiş insidentlə bağlı media mənsublarının bu təhsil ocağının şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.

BAKU.WS xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının media mənsublarına ünvanladığı çağırışda yer alıb.

Qeyd edilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir. Belə ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, "jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir".

Çağırışda xatırladılıb ki, sözügedən bənddə həmçinin daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalistin uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməli olduğu göstərilib:

"Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır. Təəssüf ki, "İdrak" liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi".

Eyni zamanda, diqqətə çatdırılıb ki, media mənsublarının "İdrak" liseyi şagirdindən aldıqları müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranışla "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın "Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması" adlı 5-ci prinsipində əksini tapmış "ictimai əhəmiyyət" anlayışı "ictimaiyyət üçün maraqlı" olan informasiya ilə qarışdırılmamalıdır" tələbi də pozulub:

"Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz".

Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırıb:

"Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır".

Paylaş

Xəbər lenti

Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Bu gün, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Bu gün, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Bu gün, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Bu gün, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Bu gün, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Bu gün, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Bu gün, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Bu gün, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Bu gün, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Bu gün, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Bu gün, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Bu gün, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı Bu gün, 16:48 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Bu gün, 16:48 Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib Bu gün, 15:48 Nazirlik bəzi şəxslərin attestasiyasına başlayıb Bu gün, 15:48 Türkiyənin sabiq naziri ev dustaqlığına buraxıldı Bu gün, 15:48 Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Bu gün, 15:48 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər Bu gün, 15:48 Qəbələdə su anbarı tikilir Bu gün, 15:48 Bakıda tanınmış iş adamı vəfat etdi Bu gün, 15:48 Rusiyada erməni terrorçu Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu Bu gün, 15:48 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib Bu gün, 15:48 Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti Bu gün, 14:48 Sabah metronun bu stansiyaları gecə saat 01:00-dək açıq olacaq Bu gün, 14:48 Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?" Bu gün, 14:48 SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 14:48 Qərbi Azərbaycanın silinən izləri: İnqala kəndinin tarixi Bu gün, 14:48 "Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir Bu gün, 14:48 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır Bu gün, 14:48 Bakıda 10 yaşlı qızın faciəli ölümü – Top arxasıycan qaçdı, maşın vurdu Bu gün, 13:48 Deputatdan sosial şəbəkələrlə bağlı çağırış: "Ciddi addımlar atılmalıdır" Bu gün, 13:48 Aeroport yolunda QƏZA: "BakuBus" avtobusu minik avtomobili ilə toqquşdu Bu gün, 13:48 "TikTok"da valideyn nəzarəti gücləndirilir – Yeni funksiyalar açıqlandı Bu gün, 13:48 Ən çox dedi-qodu edən 5 bürc – Sirrinizi onlara açmayın Bu gün, 13:48 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında Bu gün, 13:48 Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı Bu gün, 13:48 Sumqayıtda 18 milyon manatlıq yeni şüşə istehsalı layihəsi həyata keçiriləcək Bu gün, 13:48 NETTY 2026 nominantların seçiminə başlayır Bu gün, 12:48 Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb Bu gün, 12:48 İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib Bu gün, 12:48 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır Bu gün, 12:48 Bakının mərkəzində ağac aşdı, piyadaların yolu bağlandı Bu gün, 12:48 Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır? – VİDEO Bu gün, 12:48 Azərbaycana turist axını 4 %-dən çox azalıb Bu gün, 12:48 "PAŞA Bank" "Regional Expo Gəncə 2026" sərgisində iştirak edib Bu gün, 12:48 Sabah hava dəyişir – Güclü külək, yağış və qar gözlənilir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR