12-02-2026, 14:48 102

Mastercard və Azərbaycan Mərkəzi Bankı: Rəqəmsallaşmanın yeni dalğası

· Mastercard və Azərbaycan Mərkəzi Bankı maliyyə sahəsində rəqəmsal transformasiya üçün yol xəritəsini əks etdirən "Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası" adlı birgə araşdırmanı təqdim ediblər.

· "Nağdsız Azərbaycan" proqramının tətbiqi dövründə (2017-2023) kart əməliyyatları altı dəfə artıb. Nağdlaşdırma səviyyəsi 87%-dən 43%-ə düşüb – bu rəqəmlər rəqəmsallaşmanın geniş tətbiqinin göstəricisidir.1

· KOB-ların kart ödənişlərinin həcminin 2027-ci ilə qədər ikiqat artacağı gözlənilir ki, bu da daha çox şəffaflığa və inkişafa təkan verəcək.2

Bakı, Fevral 2026 - Mastercard Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası" adlı araşdırma sənədini dərc edib. Bu müfəssəl araşdırma rəqəmsal ödənişlərin iqtisadi artımın sürətləndirilməsi, şəffaflığın artırılması və ölkədə maliyyə inklüzivliyinin gücləndirməsindəki rolu barədə danışır.

Araşdırma Azərbaycanın rəqəmsal iqtisadiyyatının on il ərzindəki tərəqqisini nəzərdən keçirir. Bu sənəddə transformasiyanın növbəti mərhələsi, xüsusilə də rəqəmsallaşma vasitəsilə kiçik və orta bizesin (KOB) gücləndirilməsi önə çəkilir. Araşdırma çoxqatlı tədqiqat metodologiyasına əsaslanır. Belə ki, araşdırma çərçivəsində 810 KOB və 600 istehlakçının iştirak etdiyi iki ölkəmiqyaslı sorğu, tərəfdaşlarla 18 müsahibə, altı fokus qrupu, gizli müştəri təlimləri və 40 ölkədə 60-dan çox təşəbbüsün qlobal müqayisəli təhlili təşkil olunub. Sənəd maliyyə sektorunda rəqəmsal transformasiya üçün təkamülü, mövcud vəziyyəti və gələcək yol xəritəsini özündə cəmləyir. Maliyyə sektoru üzrə siyasət çərçivəsini müəyyən edən tərəflər, maliyyə institutları, KOB və sənayedə fəaliyyət göstərən tərəfdaşlara xitab edən yeni məlumatlar dövlət-özəl əməkdaşlığının milli iqtisadiyyatda yeni səmərəlilik, dayanıqlılıq və rəqabət səviyyələrinin müəyyən olunmasını vurğulayır.

Azərbaycanda rəqəmsal ödənişlərin sürətli inkişafı

Rəqəmsal ödənişlər səmərəli, təhlükəsiz və şəffaf maliyyə əməliyyatlarına imkan yaratmaqla müasir iqtisadiyyatlar üçün mühüm əhəmiyyət kəsb edir. Mastercard və AMB tərəfindən 2017-2023-cü illəri əhatə edən "Nağdsız Azərbaycan" təşəbbüsü ölkədə rəqəmsal əməliyyatların inkişafına əhəmiyyətli töhfə vermişdir. Müvafiq dövr ərzində kart əməliyyatlarının ümumi dəyəri altı dəfə artıb, nağdlaşdırmanın payı isə 87%-dən 43%-ə1 düşüb. Bu tendensiyalar hökumətin fəaliyyəti nəticəsində nağdız ödənişlərə qarşı münasibətdə köklü dəyişiklik, innovativ texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun genişlənməsini əks etdirir.

KOB-lar rəqəmsal transformasiyanın mərkəzində

Bu tendensiyanın davamı kimi, Mastercard və AMB-nin araşdırması KOB-ları Azərbaycanın rəqəmsal iqtisadiyyatının növbəti inkişaf mərhələsinin təkanverici qüvvəsi olaraq vurğulayır. Hazırda təxminən 380.000 KOB-un əlavə dəyərə 17 milyard manatdan çox töhfəsi olsa da, bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir.3 Rəqəmsal alətlərə və ödəniş həllərinin əlçatanlığının təmin olunması KOB-ların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə və iqtisadi əlaqələrinin dərinləşdirilməsinə kömək edə bilər.

Azərbaycan təsirli irəliləyiş göstərsə də, növbəti böyük irəliləyiş pərakəndə satış və KOB ödənişlərində nağd puldan istifadənin azaldılmasındadır. AMB-nin "2024-2026-cı illər üçün maliyyə sektorunun inkişaf Strategiyası" pərakəndə ticarətdə nağdsız ödənişin payının 40%-dən çox olmasını, müştəri köçürmələrində rəqəmsal kanalın payının 90%-i üstələməsini və nağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarının 70%-dən çoxunu təşkil etməsini hədəfləyir ki, bu da Azərbaycanın regional rəqəmsal liderlər arasında mövqeyini möhkəmləndirir.4

AMB ilə birlikdə Mastercard-ın rəqəmsal transformasiyanın növbəti mərhələsi üçün baxışı KOB-ların daha dərin iştirakına, daha geniş rəqəmsal ödəiş qəbuluna və maneəsiz əməliyyat təcrübəsinə yönəlib ki, bu da hər bir əməliyyatın daha şəffaf və dayanıqlı maliyyə sisteminə töhfə verməsini təmin edir.

Əməkdaşlığın gələcək inkişafı

Mastercard və AMB-nin birgə araşdırmasında aşağıda sadalanan məqamlarla yanaşı rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün bir sıra praktik tövsiyələr yer alır :

· Prosesi asanlaşdırmaq üçün KOB-lar arasında rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi

· Rəqəmsal əməliyyatlar üçün təşviqlərin gücləndirilməsi

· KOB-lar arasında maliyyə savadlılığının və rəqəmsal etimadın artırılması

· Dövlət qurumları, banklar və fintex şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi

Mastercard-ın AMB ilə tərəfdaşlığı haqqında

Mastercard və AMB 2017-ci ildə "Nağdsız Azərbaycan" proqramının tətbiqindən etibarən rəqəmsallaşmanın inkişafında strateji tərəfdaşlara çevriliblər. Belə ki, təşkilatlar elektron ödənişləri genişləndirmək, kibertəhlükəsizliyi gücləndirmək və maliyyə sektorunda innovasiyaları təşviq etmək üçün bir sıra müştərək təşəbbüslər həyata keçiriblər. Birgə araşdırma bu əməkdaşlığın növbəti mərhələsini təmsil etməklə dayanıqlı inkişafa yönəlib.

İstinadlar:

1) Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), "Mastercard Advisors"un təhlil materialı

2) "Mastercard Advisors"un təhlil materialı

3) Azərbaycan Dövlət Statistika Komitəsi (DSK)

4) Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB)

Mastercard haqqında

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.

www.mastercard.com

Paylaş

Xəbər lenti

Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR