
Bu ilin yanvar ayında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 1 milyard 70 milyon manat vəsait yönəldilib.
AVESTA.AZ Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 11,4 faiz azdır.
Qeyd edək ki, 2026-cı il üzrə ARDNF-dən dövlət büdcəsinə ümumilikdə 12 milyard 835 milyon manat transfert nəzərdə tutulub. Yanvar ayı üzrə planlaşdırılmış məbləğ isə tam həcmdə icra olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.