16-02-2026, 20:48 156

Serbiyada qaz elektrik stansiyasının Azərbaycanla birgə tikintisi layihəsi Belqradın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi üzrə strategiyasına uyğundur.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın "Serbian News" nəşrinin məqaləsində bildirilib.

"Azərbaycan kapitalının dəstəyi ilə yeni qaz elektrik stansiyasının tikintisi layihəsi elektrik enerjisinə tələbatın artması, Avropa İttifaqının (Aİ) dekarbonizasiya ilə bağlı təzyiqi və enerji infrastrukturunun modernləşdirilməsi zərurəti fonunda Serbiyanın enerji sektorunun investisiya mənzərəsində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir", - nəşr yazıb.

Qeyd olunub ki, tarixi baxımdan Serbiyanın elektroenergetika sistemi böyük ölçüdə liqnit əsaslı istehsala arxalanıb, bu isə əsasən dövlət şirkəti olan "Elektroprivreda Srbije" (EPS) tərəfindən idarə olunurdu və hidroenergetika ilə məhdud qaz gücləri tərəfindən əlavə olaraq dəstəklənirdi. Bu model uzun müddət qiymət sabitliyini təmin etsə də, müasir bazar reallıqları və ekoloji standartlar şəraitində tədricən öz səmərəliliyini itirib. Köhnələn kömür infrastrukturu, karbon xərclərinin artması, regional enerji bazarlarının qeyri-sabitliyi və tez-tez baş verən kəsintilər, xüsusilə qış fəsli və quraqlıq illərində təklifin struktur çatışmazlığına gətirib çıxarıb.

"Bu şəraitdə qaz generasiyası təkcə köməkçi enerji mənbəyi kimi deyil, enerji sisteminin sabitləşdirilməsi üçün əsas alət kimi yenidən nəzərdən keçirilir. Azərbaycanın bu prosesdə iştirakı Serbiyanın qaz təchizatının şaxələndirilməsi və ənənəvi mənbələrdən asılılığın azaldılması üzrə daha geniş siyasətinin bir hissəsidir. Son illərdə Belqrad yeni qaz interkonnektorlarının inkişafına, saxlama güclərinin genişləndirilməsinə və qaz təchizatı üzrə uzunmüddətli müqavilələrin bağlanmasına fəal şəkildə investisiya yatırıb", - məqalədə bildirilib.

Qeyd olunub ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz təchizatında artıq mühüm rol oynayan Azərbaycanın iştirakı ikitərəfli əməkdaşlığı yeni səviyyəyə - yanacaq təchizatından elektrik enerjisi istehsalında birbaşa iştiraka çıxarır. Bu, Serbiyanı daha yüksək səviyyəli enerji dayanıqlılığı ilə təmin edir və ənənəvi enerji tərəfdaşlarından asılılığı azaldır.

Məqaləyə əsasən, layihənin aktuallığı həmçinin sənaye inkişafı, iqtisadiyyatın rəqəmsallaşması və məlumat mərkəzlərinin tikintisi nəticəsində yaranan elektrik enerjisi istehlakının davamlı artımı ilə şərtlənib.

"Bərpa olunan enerji mənbələrinin payının artmasına baxmayaraq, onların qeyri-sabitliyi və enerji sisteminə inteqrasiyasının mürəkkəbliyi çevik generasiya güclərinin mövcudluğunu tələb edir. Qaz elektrik stansiyası tələbatın dəyişməsinə tez reaksiya verməyə imkan yaradacaq və enerji sisteminin sabit işini təmin edəcək", - "Serbian News" qeyd edib.

Maliyyə nöqteyi-nəzərdən layihənin Azərbaycan investorlarının xüsusi kapitalını, eləcə də regional və beynəlxalq maliyyə institutlarının uzunmüddətli kreditlərini özündə birləşdirən hibrid maliyyələşdirmə strukturundan istifadə edilməklə həyata keçirilməsi gözlənilir. Bununla yanaşı, maliyyələşmənin cəlb edilməsi üçün həlledici amil gəlirlərin sabitliyini təmin edən elektrik enerjisinin alqı-satqısı haqqında uzunmüddətli sazişlərin və ya dövlət dəstəyi mexanizmlərinin mövcudluğu olacaq.

"Layihənin geosiyasi əhəmiyyəti də mühümdür. Azərbaycanın Cənub-Şərqi Avropanın enerji sektorunda iştirakının genişləndirilməsi Bakının region ölkələri üçün etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirmək strategiyasına uyğundur. Serbiya üçün bu əməkdaşlıq enerji təchizatının şaxələndirilməsi və enerji müstəqilliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır", - məqalədə vurğulanıb.

Qeyd olunub ki, yeni qaz elektrik stansiyası həmçinin bərpa olunan enerji mənbələrinin inteqrasiyasını yaxşılaşdırmağa, sənaye üçün enerji təchizatının etibarlılığını artırmağa, eləcə də kəsinti və qiymət qeyri-sabitliyi risklərini azaltmağa imkan verəcək. Bu, sabit elektrik enerjisi təchizatına ehtiyac duyan enerji tutumlu sahələr və yüksək texnoloji istehsal üçün xüsusilə vacibdir.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR