15-12-2022, 20:47 586

Heydər Əliyev Fondunun əməkdaşları Moskvada uşaq evində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fondun Rusiyadakı nümayəndəliyi Yeni il ərəfəsində “Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzindəki uşaqları ziyarət edib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Yeni il ərəfəsində uşaqlara Moskva Kukla Teatrının “Qırmızı çiçək” tamaşası nümayiş etdirilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova bayramın təşkilindən danışıb: “Bu gün yenidən “Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzində olduğumuza və Yeni il ərəfəsində Mərkəzin uşaqlarını təbrik edə bildiyimizə görə şadıq. Bugünkü uşaqlar o kəslərdir ki, sabah ölkələrin, planetin, bütün bəşəriyyətin taleyini həll edəcək. Bu gün - uşaqlar, sabah – xalq. Bugünkü dünya böyüklərindir və biz özümüzdən sonrakı nəslə dinc, xoşbəxt bir həyat qoymalıyıq. Uşaqlar planetimizin sabahıdır”.

O, uşaqların problemlərinin heç vaxt Heydər Əliyev Fondunun diqqətindən yayınmadığını və bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb: “Fondun vitse-prezidenti, onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bütün ölkələrdə uşaqlara kömək etmək, onların həyatını daha parlaq və xoşbəxt etmək üçün nəzərdə tutulan istənilən layihəni daim dəstəkləyir”.

T.Əhmədova xatırladıb ki, “Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzindən olan uşaqlar Fondun dəvəti ilə Bakıya səfər edib, həmyaşıdları ilə tanış olub, əyləniblər.

“Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın övladları dövlətin və cəmiyyətin etibarlı himayəsi altında böyüyürlər. Bir-birinə qarşılıqlı hörmət şəraitində. Dostluqda ən möhkəm və səmimi münasibətlər uşaqlıqdan yaranır. Bu günün uşaq dostluğu sabahın xalqlar dostluğudur”, - T.Əhmədova fikrini yekunlaşdırıb.

“Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzinin direktoru Vadim Menşov əməkdaşlığa görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib: “Heydər Əliyev Fondunun əməkdaşları artıq ailəmizin üzvləridir. Birgə proqramlarımız, layihələrimiz var, uşaqların işlə təmin olunması ilə birgə işləyirik, məzunlara kömək edirik. Uşaqlarımızın qayğısına qaldığı üçün Fonda və şəxsən Leyla xanıma təşəkkürümü bildirirəm”.

Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Mərkəzin uşaqlarına Yeni il hədiyyələri paylayıblar.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR