
Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi vəzifəsindən istefa verən Taleh Quliyevin yerinə kimin təyin edildiyi məlum olub.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, Taleh Quliyevin səlahiyyətlərini Audiovizual Şuranın Kommunikasiya sektorunun əməkdaşı Xəyalə Mərdanlı icra etməyə başlayıb.
***17:10
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
AVESTA.AZ xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.