
Gecə saatlarında əsən güclü külək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında olan irigövdəli ağacı aşırıb.
BAKU.WS report-a istinadən xıəbər verir ki, hadisə zamanı xəsarət alan olmasada Təcili yardım avtomobillərinin hərəkətində müəyyən çətinlik yaranıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yola düşən ağacın qırıntıları təmizlənib, hərəkət bərpa edilib.
Külək həmçinin ağaclardan birini avtomobil təmiri sexinin həyətinə aşırıb.
Şəhərin Energetiklər yaşayış massivində də müxtəlif növ ağaclar aşaraq piyadaların, avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Qeyd edək, şəhərin bir neçə ərazisində elektrik enerji verilişində də fasilələr yaranıb. Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.