
"Qarabağ"ın futbolçusu Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında deyib.
O, mərakeşli müdafiəçinin hazır olmadığını da söyləyib:
"Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.