17-12-2022, 14:42 499

Almaniyalı alim:

Almaniyalı alim, dr. Mixael Raynhard Hess “Spiegel” jurnalının dekabrın 15-də işıq üzü görən sayında dərc olunan “Cənubi Qafqazda gərginlik. Azərbaycan Dağlıq Qarabağı izolə edir” adlı məqalə ilə bağlı jurnalın redaksiyasına etiraz məktubu göndərib.

“Report” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat yayıb.

Belə ki, məqalədə “Azərbaycan hökuməti Dağlıq Qarabağ eksklavındakı ermənilərin yeganə təchizat yolunu blokadaya almaqda” təqsirli bilinir və azərbaycanlı vətəndaş cəmiyyəti fəalları "qəribə ətraf mühit fəalları" kimi dırnaq işarəsində verilməklə təhqir edilir.

Məqalə çox qərəzli olmaqla reallıqları əks etdirmədiyindən, jurnalın əməkdaşının fantaziyasının məhsulu olduğundan, Azərbaycan, eləcə də regionun tarixi və ədəbiyyatı üzrə mütəxəssis dr. Hess məqalə müəllifini və ümumilikdə “Spiegel” jurnalının redaksiyasını faktları təhrif etməklə neytrallığı təhlükə altında qoymaqda ittiham edib.

O yazıb ki, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bütünlükdə Azərbaycanın torpaqlarına qarşı ərazi iddiaları ətrafında cərəyan edir. Söhbət kimin müəyyən ərazilərə haqlı iddialarının olmasından, kimin isə təcavüzkar və işğalçı kimi çıxış etməsindən gedir. Birləşmiş Millətlər Təşkilatı, o cümlədən, 1993-cü il tarixli məlum Təhlükəsizlik Şurasının Qətnamələri və digər beynəlxalq təşkilatlar Qarabağın Azərbaycana məxsus olduğunu dəfələrlə və birmənalı şəkildə bəyan ediblər.

Dr. Hess bildirib ki, məqalənin müəllifi Ann-Dorit Boy “Dağlıq Qarabağ”dan danışarkən heç bir əsas olmadan “ərazisi kiçildilmiş dövlət” və “eksklav”dan danışır. Ən azı ilk iki termin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edir və müəllifin heç vaxt mövcud olmayan dövlət qurumunun mövcudluğu haqqında fantaziyasının məhsuludur: "Ann-Dorit Boyun başqa yerlərdə “de-fakto hökumət” kimi vurğuladığı separatçı qurumu hətta Ermənistan tanımır. Heç bir başqa dövlət də bunu etməyib və bu da öz növbəsində "eksklav" termininin istifadə edilməməsi üçün zəruri şərtdir".

Məqaləni açıq-aşkar anti-Azərbaycan və ermənipərəst formada yazan müəllif Xankəndi kimi rəsmi Azərbaycan yer adlarından istifadə etmir, Azərbaycan ərazisində “eksklav” uydurur, eyni cümlədə açıq-aşkar bir-birinə zidd formada (lakin ən azı bu dəfə həqiqəti əks etdirən) “beynəlxalq səviyyədə tanınmamış struktur”dan danışır.

Dr. Hessin fikrincə, məqalədə aşkar etdiyi terminoloji və arqumentativ çatışmazlıqlar, çaşqınlıq yaradan qeyri-müəyyənliklər münaqişənin ümumən beynəlxalq aləmdə birtərəfli və qeyri-adekvat qavranılmasının səbəblərindən biridir: "İllərdir eyni səhvlər “Spiegel”də sistemli şəkildə təkrarlandığından jurnalın neytrallığının və faktlara əsaslanmalı olan mövqeyinin indiki məqalədə də təhlükə altında qaldığını görürəm".

Almaniyalı alimin 2016-cı il Aprel döyüşlərindən sonra “Tanklar cənnətdə. Ermənistan vә Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişәsi” adlı kitabı Berlində alman dilində, 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin araşdırılması” kitabı ingilis dilində nəşr edilib. Bu ilin fevralında isə bu kitabın 44 günlük Vətən müharibəsinin nəticələri əsasında aktuallaşdırılmış yeni üçüncü nəşri işıq üzü görüb. 2022-ci ilin martında Münhendə alman dilində nəşr edilmiş “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı işğalçıların bu irsi silmək, təhrif və inkar etmək, bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyub: "Şuşa yalnız beynəlxalq hüquq və siyasi baxımdan deyil, həm də ədəbi, mədəni və etnoqrafik irsə görə Azərbaycan xalqına məxsusdur".

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR