27-02-2026, 19:48 295

"Bolt" şirkətinin Bakı ofisinin sabiq rəhbəri Naim Əzizov təxminən 10 illik fəaliyyətini yekunlaşdıraraq vəzifəsindən öz istəyi ilə ayrılıb.

Onun rəhbərliyi dövründə şirkət ölkədə formalaşma mərhələsindən bazar liderliyinə qədər yüksəlib, fəaliyyət coğrafiyası genişlənib, TOP taksi tətbiqi və bir sıra texnoloji həllər məhz yerli komandanın iştirakı ilə hazırlanıb.

AVESTA.AZ-in suallarını cavablandıran Naim Əzizov ayrılma qərarının səbəbləri, 9 ildən artıq müddətdə əldə olunan nəticələr və gələcək planları barədə ətraflı danışıb.

- Naim bəy, vəzifədən ayrılma qərarınız ictimaiyyət üçün gözlənilməz oldu. Bu qərar necə formalaşdı?

- Qərar tamamilə şəxsi təşəbbüsümlə və planlı şəkildə verilib. 9 il 4 ay ərzində çox intensiv mərhələ keçdik. Şirkətin bazara daxil olması, formalaşması, genişlənməsi və lider mövqeyə çıxması mərhələlərini birlikdə yaşadıq. Mən hesab etdim ki, qarşıya qoyulan əsas strateji hədəflər yerinə yetirilib və bu mərhələ tamamlanıb. Yeni istiqamətlərə fokuslanmaq üçün doğru zaman idi.

- 9 ildən artıq dövrü necə xarakterizə edərdiniz?

- Bu, transformasiya və quruculuq dövrü idi. İlk illərdə əsas çağırış bazarın strukturlaşdırılması idi. Onlayn taksi platforması modelinin geniş auditoriya tərəfindən qəbul olunması üçün həm sürücülərlə, həm sərnişinlərlə paralel iş aparılmalı idi.

Biz əməliyyat modelini sıfırdan qurduq, daxili nəzarət mexanizmləri yaratdıq, təhlükəsizlik və xidmət keyfiyyəti üzrə standartlar formalaşdırdıq. Bu gün sistemin dayanıqlı işləməsi həmin mərhələdə atılan addımların nəticəsidir.

-Şirkətin ölkə üzrə genişlənməsi hansı mərhələlərdən keçdi?

- Başlanğıc mərhələdə əsas diqqət Bakı bazarına yönəlmişdi. Daha sonra regionlara açılma strategiyası tətbiq olundu. Fəaliyyət coğrafiyasını mərhələli şəkildə 41 şəhərə qədər genişləndirdik.

Regionlarda fəaliyyətin qurulması həm tətbiqin aktivləşdirilməsi, həm də yerli əməliyyat infrastrukturunun yaradılması, sürücülərin cəlbi və maarifləndirilməsi ilə bağlıdır. Bu proses ciddi koordinasiya və resurs tələb edirdi.

- Son 7 ildə TOP taksi tətbiqinin formalaşdırılması xüsusi vurğulanır. Bu layihənin əhəmiyyəti nə idi?

- TOP taksi seqmenti xidmət keyfiyyətinin daha sistemli şəkildə tənzimlənməsinə imkan verdi. Bu model çərçivəsində sürücülərlə iş mexanizmi yenidən quruldu, performans meyarları tətbiq edildi və xidmət standartları sərtləşdirildi.

Bu, həm bazarda keyfiyyət rəqabətini gücləndirdi, həm də sərnişin məmnuniyyətini artırdı. Layihənin əsas texniki və əməliyyat həlləri yerli komandanın iştirakı ilə hazırlanmışdı.

- Azərbaycan ofisinin innovativ yanaşmaları barədə nə deyə bilərsiniz?

- Bir sıra texnoloji və əməliyyat həlləri məhz Bakı ofisində test edilib və uğurlu nəticə verdikdən sonra digər bazarlara tətbiq olunub. Bu, komandanın peşəkarlığının göstəricisidir.

Azərbaycan bazarı dinamik və rəqabətli olduğu üçün burada tətbiq edilən modellər çevik və effektiv olmalı idi. Bu təcrübə qlobal səviyyədə də faydalı oldu.

- Komanda quruculuğu prosesini necə qiymətləndirirsiniz?

- Güclü yerli komandanın formalaşdırılması prioritet idi. Biz əməliyyat heyəti ilə yanaşı, analitika, marketinq, sürücü dəstəyi və keyfiyyətə nəzarət istiqamətlərində də peşəkar kadrlar yetişdirdik.

Bu gün şirkətin ölkədə sabit struktur kimi fəaliyyət göstərməsi həmin komandanın işi və sistemli idarəetmə modelinin nəticəsidir.

- Bu illər ərzində əsas çətinliklər nələr idi?

- Bazarın sürətli dəyişməsi və rəqabətin artması daim adaptasiya tələb edirdi. Tənzimləyici mühitin dəyişməsi, texnoloji yeniliklər və istifadəçi davranışındakı transformasiya da qərarların operativ şəkildə yenilənməsini zəruri edirdi.

Pandemiya dövrü ayrıca sınaq mərhələsi oldu. Həmin dövrdə əməliyyatların davamlılığını qorumaq və təhlükəsizlik tədbirlərini gücləndirmək əsas prioritet idi.

- Şirkətə verdiyiniz əsas töhfələri necə ümumiləşdirərdiniz?

- Strateji idarəetmə modelinin qurulması, regional genişlənmə, innovativ məhsulların tətbiqi, əməliyyat sabitliyi və brendin bazarda lider mövqeyə çıxarılması əsas nəticələrdir.

Ən vacibi isə dayanıqlı və özünü idarə edə bilən sistemin formalaşdırılmasıdır.

- Bu illərə dönüb baxanda sizin üçün ən dəyərli nəticə nədir?

- Əlbəttə, genişlənmə, qurulan sistemlər, tətbiq edilən innovasiyalar önəmlidir. Amma mənim üçün ən xüsusi məqam başqadır. Bu platforma vasitəsilə milyonlarla insan hər gün təhlükəsiz şəkildə ünvanına çatdırılır. Eyni zamanda minlərlə sürücü üçün bu fəaliyyət sabit qazanc mənbəyinə çevrilib.

Həm sərnişinlərin gündəlik rahatlığına töhfə vermək, həm də minlərlə ailənin gəlir mənbəyinin formalaşmasında rol oynamaq çox gözəl və qürurverici hissdir.

- Bundan sonrakı planlarınız nədir?

- Hazırda yeni layihələr üzərində düşünürəm. Texnologiya, rəqəmsal platformalar və xidmət ekosistemləri istiqamətində təcrübəmi daha geniş miqyasda tətbiq etmək istəyirəm.

İnanıram ki, növbəti mərhələ daha çox regional və beynəlxalq miqyasda layihələrin reallaşdırılması ilə bağlı olacaq.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR