19-12-2025, 16:48 159

Salman Babazadə: Bolt Business-in yeni rəhbəri danışır

Salman Babazadə Bolt Business-in yeni rəhbəri təyin edilib.

AVESTA.AZ Salman Babazadənin müsahibəsini təqdim edir:

1. Salman bəy, ilk olaraq yeni təyinatınızı təbrik edirik. Təcrübəniz haqqında qısa məlumat verə bilərsinizmi?

- Təşəkkür edirəm. Mən mühəndislik üzrə təhsil almışam və karyerama neft-qaz sektorunda başlamışam. Daha sonra peyk və şəbəkə mühəndisi kimi çalışmış, paralel olaraq marketinq, çatdırılma və tədbir təşkilatçılığı sahələrində öz biznes təşəbbüslərimi inkişaf etdirmişəm.

COVID dövründə biznes mühitində yaranan çətinliklər səbəbilə yenidən korporativ sektora qayıdaraq Azerkosmos-da Afrika regionu üzrə satış sahəsində fəaliyyət göstərdim. Dörd ildən artıq beynəlxalq təcrübə qazandıqdan sonra daha qlobal, innovativ və sürətli inkişaf edən bir mühitdə çalışma istəyi məni Bolt komandasına gətirdi.

Salman Babazadə: Bolt Business-in yeni rəhbəri danışır

2. "Yüksəliş" müsabiqəsinin qaliblərindən biri olmusunuz. Bu təcrübə sizin üçün nə ifadə edir?

- Bəli, 2024-cü ildə "Yüksəliş" liderlik müsabiqəsinin qaliblərindən biri oldum. Müsabiqə çoxsəviyyəli liderlik tapşırıqları, analitik testlər və intensiv komanda işlərindən ibarət idi. Biz real liderlik situasiyalarına uyğun qərarlar verməli və həllər hazırlamalı idik.

16 mindən çox iştirakçı arasından 25 qalibdən biri seçilmək mənim üçün böyük qürurdur. Bu uğur yalnız karyera baxımından reputasiya qazandırmaqla kifayətlənmədi, eyni zamanda geniş peşəkar əlaqə şəbəkəsi və praktiki liderlik təcrübəsi əldə etməyimə imkan yaratdı. "Yüksəliş" mənim üçün liderlik bacarıqlarımın təsdiqi və gələcək planlarım üçün möhkəm dayaq nöqtəsidir.

3. Niyə məhz Bolt? Şirkət sizi nə ilə cəlb etdi?

- Bolt-un qlobal, müasir və innovativ yanaşması ilk gündən diqqətimi çəkdi. Startup olaraq fəaliyyətə başlayıb bu gün 50-dən çox ölkədə, yüzlərlə şəhərdə milyonlarla istifadəçiyə xidmət göstərən bir şirkətə çevrilməsi mənim üçün ilhamvericidir.

Bolt-un əsas missiyası - insanlara daha rahat, əlçatan və dayanıqlı hərəkət imkanları yaratmaq - şəxsi dəyərlərimlə tam üst-üstə düşür. Bu yanaşma təkcə fərdi istifadəçilərə deyil, korporativ mobilliyə də şamil olunur. Avropada şirkətlərin ənənəvi avtomobil parklarından imtina edərək daha çevik, iqtisadi və məsuliyyətli paylaşılan mobillik modellərinə keçməsi bunun bariz nümunəsidir.

Bolt Business də bizneslər üçün məhz bu qlobal trendlərə uyğun səmərəli və innovativ alternativ təqdim edir. Şirkətin təkcə taksi xidməti deyil, bütöv bir mobillik ekosistemi qurduğunu gördükdən sonra bu komandanın bir hissəsi olmaq qərarım daha da möhkəmləndi.

Salman Babazadə: Bolt Business-in yeni rəhbəri danışır

4. Bolt Business-in Azərbaycandakı mövqeyi Avropa ilə müqayisədə necədir?

- Azərbaycanda korporativ mobillik bazarı hələ inkişaf mərhələsindədir, lakin çox böyük potensiala malikdir. Fairmont Hotel ilə elektrik Tesla avtomobilləri üzrə əməkdaşlığımız, həmçinin AZAL ilə millərin Bolt gedişlərinə çevrilməsi kimi layihələr Bolt Business-in biznes icması daxilində tanınmasını və etibarlılığını əhəmiyyətli dərəcədə artırıb.

2025-ci ildə bazarın real ehtiyaclarını daha dərindən analiz edərək resurslarımızı gücləndirdik və həm B2B, həm də B2C seqmentlərində ciddi tələbat olduğunu müşahidə etdik. Bolt Business-in əsas üstünlüyü ondan ibarətdir ki, şirkətlər bütün nəqliyyat xərclərini vahid panel üzərindən idarə edə, aylıq tək faktura ala, əməkdaşlar üçün fərdi limitlər təyin edə və səyahət siyasətinə uyğun nəzarət mexanizmləri tətbiq edə bilirlər.

Bu yanaşma həm xərclərə şəffaflıq gətirir, həm də korporativ mobilliyin idarə olunmasını xeyli sadələşdirir. Məhz bu rahatlıq səbəbilə bir çox şirkət ənənəvi avtomobil parklarından imtina edərək daha çevik və səmərəli Bolt Business həllərinə üstünlük verir.

5. Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?

- 2026-cı il üçün əsas hədəflərimiz bazar payını artırmaq, məhsul və xidmət keyfiyyətini müştəri rəyləri əsasında davamlı şəkildə təkmilləşdirmək, yeni kateqoriyalar təqdim etmək və Azərbaycanda korporativ mobillik mədəniyyətini daha da gücləndirməkdir. Məqsədimiz Bolt Business-i bizneslər üçün uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi mövqeləndirməkdir.

6. Bolt Business sizin liderlik yolunuzda necə rol oynayır?

- Bolt mənim üçün sadəcə iş yeri deyil, peşəkar inkişaf platformasıdır. Burada innovasiyalarla işləmək, real biznes dəyəri yaratmaq və komandalarla birlikdə nəticəyə fokuslanmaq imkanı var. Liderlik bacarıqlarımı tətbiq etmək və daha da inkişaf etdirmək üçün Bolt ideal mühit təqdim edir.

Paylaş

Xəbər lenti

XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Bu gün, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Bu gün, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Bu gün, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Bu gün, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Bu gün, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Bu gün, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Bu gün, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Bu gün, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Bu gün, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Bu gün, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Bu gün, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR