
Əfqanıstan və Pakistan qüvvələri arasında baş verən toqquşmalarda ən azı 331 əfqan hərbçisi həyatını itirib, 500-dən çoxu yaralanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Əttaulla Tarar məlumat yayıb.
O bildirib ki, Pakistan ordusu Əfqanıstan ərazisində 37 hədəfə hava zərbəsi endirib, 104 blokpostu dağıdıb və 22-ni ələ keçirib. Həmçinin 163-dən çox hərbi texnika, o cümlədən tank və zirehli maşınlar məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.