4-03-2026, 12:48 95

250 tələbəyə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim edib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.

Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.

Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan "Həmkarlar ittifaqı təqaüdü" proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, "Həmkarlar ittifaqı təqaüdü" proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin həmkarlar ittifaqları sıralarında fəallığından, onların istirahət və asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub.

Paylaş

Xəbər lenti

Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb Bu gün, 11:48 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb Bu gün, 11:48 "Qarabağ" Zubirə əvəzləyici tapdı Bu gün, 10:48 Məşhur general professor oldu Bu gün, 10:48 Nyu-York merinin Azərbaycana qarşı qərəzli kampaniyasına cavab olan petisiyanı sən də İMZALA! Bu gün, 10:48 MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır Bu gün, 10:48 Muhammad Nasar Hayat: FAO Qarabağda yeni layihələr planlaşdırır Bu gün, 10:48 Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub Bu gün, 10:48 Sumqayıtda dəhşətli durum: "Hər il çökə-çökə gedir" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək Bu gün, 09:48 Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar Bu gün, 09:48 Bu gün Hafiz Paşayevin doğum günüdür Bu gün, 09:48 Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub Bu gün, 09:48 Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib Bu gün, 09:48 SEPAH: Xamenei Fars körfəzinin idarə olunması qaydasını müəyyən edəcək Bu gün, 00:48 Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib Bu gün, 00:48 "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR