4-03-2026, 20:48 207

Türkiyəli politoloq ölkəsinin hava məkanının pozulmasından danışdı:

Türkiyə İran istiqamətindən atılan ballistik raketi məhv edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran ərazisindən atıldığı müəyyən edilən, İraq və Suriyanın hava məkanından keçdikdən sonra Türkiyəyə istiqamətlənən ballistik raket Aralıq dənizinin şərqində yerləşdirilən NATO-nun hava və raket hücumundan müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib.

AVESTA.AZ xəbər verir ki, Baş verənləri Oxu.Az-a şərh edən türkiyəli ekspert, beynəlxalq münasibətlər üzrə şərhçi İsmail Cingöz bildirib ki, raketin necə həmin istiqamətə yönəldiyi barədə hələlik dəqiq məlumat yoxdur:

Türkiyəli politoloq ölkəsinin hava məkanının pozulmasından danışdı:

"Əgər raket qəsdən Türkiyə istiqamətinə yönəldilibsə, bu, bəzi dairələrin Türkiyəni münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirilə bilər. Əksinə, texniki nasazlıq və ya nəzarətdən çıxma nəticəsində yönəlibsə, bu halda məsələ fərqli müstəvidə araşdırılmalıdır. Hər bir halda Türkiyənin hava məkanının və ərazi bütövlüyünün pozulması Ankara üçün qəbuledilməzdir.

Türkiyə İsrail və ABŞ tərəfindən İranın hədəfə alınması məsələsində tərəfsizliyini qoruyacağını bəyan edib. Eyni zamanda, həm münaqişədən əvvəl, həm də prosesin gedişində intensiv diplomatik səylər göstərib. Rəsmi Ankara münaqişənin qarşısını almaq istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Bununla belə, danışıqların Türkiyədə keçirilməsi ehtimalı müzakirə olunsa da, İranın əsasən Omanı seçməsi diqqət çəkib. Türkiyə 1952-ci ildən NATO üzvüdür və hazırkı şəraitdə İranla sərhədi olan yeganə NATO ölkəsi kimi xüsusi mövqeyə malikdir. Bu səbəbdən Ankara baş verən prosesləri yaxından izləmək məcburiyyətindədir".

"Məsələnin digər mühüm tərəfi İran əhalisinin əhəmiyyətli hissəsinin türklərdən ibarət olmasıdır. Təkcə Cənubi Azərbaycan bölgəsində 30-35 milyon civarında Azərbaycan türkü yaşayır. İranın digər bölgələrində də türk icmalarının mövcudluğu nəzərə alınarsa, ümumilikdə bu rəqəm 40-45 milyona çatır. Bu amil Türkiyənin və bütövlükdə türk dünyasının prosesə həssas yanaşmasını şərtləndirir. Mümkün eskalasiya halında mülki əhaliyə qarşı genişmiqyaslı hücumların baş verməsi və bunun nəticəsində İran ərazisindən Türkiyə və Azərbaycan istiqamətində miqrasiya dalğasının yaranması ehtimalı da nəzərə alınır. Ankara belə ssenarilərə qarşı hazırlıqlı olduğunu bəyan edib", - deyə ekspert vurğulaylb.

Müsahibimiz Türkiyənin hərbi-texnoloji imkanlarını gücləndirdiyini əlavə edib:

"Polad Qübbə" konsepsiyası çərçivəsində hava hücumundan müdafiə sistemlərinin mərhələli şəkildə təkmilləşdirildiyi bildirilir. Yerli və milli müdafiə sənayesi məhsulları olan "Siper", "Hisar", "Korkut" və "Sungur" kimi sistemlər aşağı, orta və yüksək hündürlüklərdə hava məkanının qorunmasını təmin etməyə yönəlib. Bu sahədə xaricdən asılılığın azalması xüsusi vurğulanır.

Eyni zamanda qeyd olunur ki, Türkiyəni istər region daxilindən, istərsə də kənar aktorlar tərəfindən münaqişəyə cəlb etmək cəhdləri istisna deyil. Bununla belə, Ankara məsələni soyuqqanlılıqla izlədiyini və birbaşa hərbi müdaxilədən yayınmağa çalışdığını bildirir.

Zərurət yaranacağı təqdirdə isə Türkiyənin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etmək haqqı var. İranın birbaşa Türkiyəni hədəf alması isə NATO üzvü olan Ankaraya qarşı genişmiqyaslı qarşıdurma riski yarada bilər. Rəsmi mövqe ondan ibarətdir ki, Türkiyə münaqişənin genişlənməsinin əleyhinədir və prosesin diplomatik yollarla, itkilər olmadan başa çatdırılması üçün səylərini davam etdirir. Bununla yanaşı, ölkə quru və hava hücumundan müdafiə sistemləri ilə öz təhlükəsizliyini təmin etmək imkanına malik olduğunu da bəyan edib".

Paylaş

Xəbər lenti

Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR