
İran hərbi qüvvələri bu gün səhər saatlarında Fars körfəzinin şimalında ABŞ-yə məxsus tankerə hücum həyata keçirib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında yer alıb.
Bildirilir ki, raket zərbəsi nəticəsində tanker ciddi şəkildə zədələnib və hazırda yanmaqdadır. SEPAH bildirib ki, İran beynəlxalq qanun və qərarlara uyğun olaraq, müharibə dövründə Hörmüz boğazı üzərində nəzarəti həyata keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.