
ABŞ prezidenti Donald Tramp Avstraliyanı İranın qadın futbol komandasına sığınacaq verməyə çağırıb.
BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, buna səbəb futbolçuların orada oyun zamanı dövlət himnini oxumaqdan imtina etməsi olub.
"Avstraliya İran Milli Qadın Futbol Komandasının İrana geri qayıtmasına icazə verməklə dəhşətli bir humanitar səhvə yol verir və orada çox güman ki, onları öldürüləcəklər" - deyə Tramp özünün "Truth" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Tramp eyni zamanda, Avstraliya Baş naziri Entoni Albaneseyə müraciət edərək onu bu addımı atmamağa çağırıb:
"Bunu etmə, cənab Baş nazir, Sığınacaq ver. Əgər siz verməsəniz, ABŞ onları qəbul edəcək"
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.