
Aprelin 6- da Berlində, Tbilisidə və Vilnüsdə ictimai fəallar rusiyalılar tərəfindən qətlə yetirilən ukraynalıların xatirəsini yad etmək üçün aksiyalar keçirib, Kiyev vilayətinin ətraf şəhərlərinin kadrlarını təkrarlayıblar.
Bu barədə "QORDON" internet nəşri məlumat yayıb.
Berlində baş tutan aksiyada 5 minə yaxın insan hökumət binasının qarşısında yerə uzanıb, bu barədə "Merkur" nəşri məlumat verib.
Ukrayna Ali Radasının dərc etdiyi videomaterialda aksiya zamanı diktor Ukrayna şəhərlərinin adlarını səsləndirib.
Aksiya iştirakçıları əllərində Ukrayna bayrağı və plakatlar tutaraq, Ukrayna xalqına dəstəyini ifadə edib. Plakatların birində bu sözlər yazılıb:
"Sükut öldürür, biz hərəkət istəyirik!".
Daha bir oxşar aksiya Vilnüsdə Almaniya səfirliyi qarşısında keçirilib, bunu "Der Spiegel" nəşrinin jurnalisti Jan Petter yazıb. 50 nəfərdən artıq gənc yerə uzanaraq, Rusiyanın Ukraynada hərbi cinayətləri nəticəsində həlak olanların xatirəsini yad edib və Almaniyanın da məsuliyyətini xatırladıb.
İşğaldan azad edilmiş Buçaya, İrpenə və Qostomelə gələn jurnalistlər cəsədləri şəhərlərin yollarında və küçələrində olan qətlə yetirilmiş ukraynalıların fotolarını dərc edib. Bəzilərinin əlləri arxalarına bağlı vəziyyətdə olub, işğalçılar faktiki olaraq dinc əhaliyə divan tutub.
Sabiq xalq deputatı Viktoriya Voytsitskaya özünün "Facebook" səhifəsində Berlindəki aksiyadan foto və videolar dərc edib.
"Buça- Tbilisi" adlanan oxşar aksiya- performans Gürcüstan parlamentinin qarşısında keçirilib, bu barədə "Exo Moskvı" məlumat verib.
İştirakçılar binanın qarşısındakı pillələrə əlləri arxalarında bağlı vəziyyətdə uzanıb. Bəziləri diziüstə dayanıb, Buçada evlərin birində güllələnən ukraynalılar məhz bu vəziyyətdə aşkar edilib.