11-03-2026, 21:48 235

İctimai Televiziya Azərbaycanın

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycanın "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, Azərbaycanın "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA-nın ifa etdiyi "Just Go" mahnısı ictimaiyyətə təqdim olunub.

Açıqlamada qeyd olunub ki, son günlər sosial şəbəkələrdə təmsilçimiz, mahnı seçimi və yaradıcı heyətlə bağlı müxtəlif müzakirələr fonunda ictimaiyyətə seçim prosesi barədə daha ətraflı məlumat vermək zərurəti yaranıb:

"Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur. Qeyd edilməlidir ki, son illərdə bu prosesə maraq əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki dövrlərdə mahnı seçimində xarici müəlliflərin payı daha yüksək idisə, son illərdə yerli bəstəkar və müəlliflərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu il təqdim olunan mahnılar arasında da yerli müəlliflərin üstünlük təşkil etməsi sevindirici haldır.

Seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə "Səs Azərbaycan" layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb. Digər müraciətlər peşəkar heyət tərəfindən qiymətləndirilib və növbəti mərhələyə 18 namizəd seçilərək dəvət olunub. Bu mərhələdə onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Namizədlərin vokal imkanları, səhnə təqdimatı, artistik ifadə üslubu və beynəlxalq auditoriya üçün potensialı xüsusi diqqətlə qiymətləndirilib. Dinləmələrin nəticəsində daha iki namizəd müəyyənləşdirilib və beləliklə, yekun qısa siyahı üç iştirakçıdan ibarət olub. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun və ekspert rəyinin nəticələri əsasında qəbul olunub. Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən "Avroviziya"nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baxımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib.

JIVA (Cəmilə Həşimova) güclü vokalı, təcrübəli ifası və səhnə səmimiyyəti ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən "Bakı Payızı" müsabiqəsində ikinci yer qazanması ilə başlayır. 2007-ci ildə "Show Time" layihəsində iştirak edib, 2011-ci ildə isə "Avroviziya" milli seçim həftəsində ilk üçlüyə daxil olub. Müğənni müxtəlif musiqi layihələrində uğurla iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montrö Caz Festivalında səhnəyə çıxıb. Daha sonra "Hazz Band" qrupunun solisti kimi çıxış edərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA solo karyerasını davam etdirir, pop, "dance" və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir. 2018-ci ildə o, "Jara" Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib, 2025-ci ildə isə Röya Ayxanın komandasında "Səs Azərbaycan" layihəsinin qalibi olub.

Azərbaycanı "Avroviziya-2026"da təmsil edəcək mahnı - "Just Go" - sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnının söz və musiqisinin müəllifi ABŞ-də yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-də müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. 1961-ci ildə Bakıda anadan olan Fuad Cavadov əvvəlcə 6 saylı musiqi məktəbində akkordeon ixtisası üzrə təhsil alıb, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinin musiqi nəzəriyyəsi və bəstəkarlıq fakültəsinə daxil olub. Təhsil illərində paralel olaraq "Azkonsert"də İlhamə Quliyeva, Nisə Qasımova, Mübariz Tağıyev və digər tanınmış sənətçilərlə çalışıb, həmçinin öz vokal-instrumental kollektivini yaradaraq konsert proqramları ilə çıxış edib. 1986-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan bəstəkar burada xor dirijorluğu və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Təhsil illərində onun bəstəkarlıq müəllimləri Əziz Əzizov, Leonid Vaynşteyn və Fərəc Qarayev olub. Məhz onların rəhbərliyi altında müxtəlif musiqi alətləri və vokal üçün klassik instrumental əsərlər bəstələyib. 1995-ci ildən etibarən ABŞ-də yaşayan Fuad Cavadov beş musiqi albomu buraxıb, film və televiziya layihələri üçün musiqilər yazıb və hazırda Los-Ancelesdə yaradıcılıq fəaliyyətini davam etdirir. Qeyd edək ki, Fuad Cavadov Amerika Bəstəkarlar Assosiasiyasının üzvüdür.

Bununla yanaşı, seçim mərhələsində təqdim olunan bütün mahnılar ümumi qaydalar çərçivəsində diqqətlə nəzərdən keçirilib və onların hazırlanma prosesi ilə bağlı zəruri meyarlar qiymətləndirilib. Son günlər sosial şəbəkələrdə mahnı və onun müəllifi ilə bağlı müxtəlif iddialar, o cümlədən əsərin guya süni intellekt vasitəsilə yaradılması barədə fikirlər səsləndirilir. Bildiririk ki, bu fikirlər həqiqəti əks etdirmir. "Just Go" peşəkar yaradıcı yanaşma əsasında hazırlanmış orijinal bir musiqi əsəridir və onun arxasında uzun illərə söykənən təcrübə, peşəkar bilik və yaradıcı əmək dayanır.

Biz hər zaman konstruktiv tənqidə açığıq. "Avroviziya" kimi böyük bir platformada fərqli fikirlərin olması təbiidir. Bununla yanaşı, ictimai müzakirələrin qarşılıqlı hörmət, sağlam fikir mübadiləsi və obyektiv yanaşma çərçivəsində aparılmasının daha doğru olduğuna inanırıq.

JIVA bu il Azərbaycanı beynəlxalq səhnədə təmsil edəcək istedadlı, zəhmətkeş və layiqli sənətçidir. O, bu fürsəti peşəkar hazırlığı, illərlə formalaşmış yaradıcılığı və səhnə bacarığı ilə qazanıb", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, 70-ci "Avroviziya" Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək və canlı şoular 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.

Paylaş

Xəbər lenti

Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR