12-03-2026, 12:48 319

Bolt sürücüsü və sahibkar Gülnar Kazımzadənin 8 Mart hekayəsi

"Mənim üçün məsələ qadın və ya kişi olmaq deyil. Sağlam və ya məhdudiyyətli olmaq da deyil. Əsas məsələ güclü olmaq və bacaracağına inanmaqdır."

Azərbaycanda qadın sürücü olmaq hələ də bir çoxları üçün qeyri-adi görünür. Lakin Gülnar Kazımzadə üçün sükan arxasına keçmək sadəcə peşə seçimi deyil – bu, şəxsi azadlıq, iqtisadi müstəqillik və sosial missiya yoludur.

34 yaşlı Gülnar Kazımzadə Bolt platforması vasıtəsi ilə xidmət göstərən qadın sürücüdür və eyni zamanda Bolt Accelerator proqramının ikinci yer qalibidir. 2024-cü ilin avqustunda o, bu proqrama qoşularaq biznesin idarə olunması, bazar araşdırması, layihənin inkişafı və müştəriyönümlü yanaşma mövzularında təlimlər keçib.

"Final təqdimatı mənim üçün dönüş nöqtəsi idi. Çox həyəcanlı idim, hətta çıxışımı ləğv etməyi düşündüm. Amma münsiflərin reaksiyası mənə özümə daha çox inanmağa kömək etdi", – deyə Gülnar xatırlayır.

Proqramı uğurla başa vurduqdan sonra o, yeni bir xidmət istiqaməti üzərində çalışmağa başlayıb – qadınlar tərəfindən idarə olunacaq və məktəblilərin təhlükəsiz daşınmasını təmin edəcək "Dayə" xidməti. Məhz bu layihə Bolt Accelerator proqramında təqdim olunub və Gülnar ideyasına görə ikinci yerə layiq görülərək Bolt tərəfindən 7 000 manat məbləğində dəstək qazanıb.

Layihəyə əsasən, xüsusi təlim keçmiş qadın sürücülər uşaqları məktəbə və dərsdənkənar məşğələlərə təhlükəsiz şəkildə aparıb-gətirəcək. Bu çərçivədə ilkin tibbi yardım təlimləri, müvafiq lisenziyalar və əlavə təhlükəsizlik standartları nəzərdə tutulur.

"Bu layihə təkcə biznes deyil. Bu, ehtiyacı olan ailələr üçün real dəstək mexanizmidir", – deyə o vurğulayır.

Stereotiplərlə mübarizə

Gülnar artıq üç ildir sükan arxasındadır. Bu müddət ərzində o, müxtəlif reaksiyalarla qarşılaşıb. İlk avtomobili çəhrayı rəngdə idi və bəzi kişi sərnişinlər üçün bu, təəccüb doğururdu. Zamanla daha böyük və komfortlu avtomobilə keçib.

"Əvvəllər "qadın işi deyil" kimi fikirlər eşidirdim. Hətta bir sərnişin mənə "evdə otur, bozbaşını bişir" dedi. Amma mən inanıram ki, qadın həm evini idarə edə, həm də sükan arxasında ola bilər".

Onun sözlərinə görə, son illərdə münasibət dəyişməyə başlayıb. Qadın sürücülər artıq daha çox qəbul olunur və xüsusilə qadın sərnişinlər tərəfindən dəstək hiss olunur.

Atasının arzusu və sükan arxasına gedən yol

Gülnarın avtomobillərə sevgisi uşaqlıqdan başlayıb. O, görmə məhdudiyyətli atasına daim dəstək olub və onunla çox vaxt keçirib. 11 yaşında olarkən atası ilə Goyçayda gəzərkən ilk dəfə sükan arxasında qadın sürücü görməsi onun üçün dönüş nöqtəsi olub. Həmin an qadının inamla avtomobil idarə etməsi Gülnara böyük təsir göstərib.

Elə həmin günlərdə atası ona demişdi: "Bir gün sən də maşın sürəcəksən və mən səninlə fəxr edəcəyəm".

Atası Gülnar 14 yaşında olarkən vəfat edib. Lakin bu sözlər onun həyat devizinə çevrilib. 2023-cü ilin iyulun 25-də – atasının doğum günündə – o, ilk avtomobilini alıb və ilk səfərini atasının məzarına edib.

"Bir dəfə sərnişinim görmə məhdudiyyətli idi. Həmin gün sükan arxasında göz yaşlarımı saxlaya bilmədim. Həyat mənə başqa bir insana dəstək olmaq imkanı verdi".

Bu təcrübə onun gələcək layihələrində əlillər üçün də xüsusi dəstək mexanizmləri yaratmaq qərarına təsir edib.

Müstəqillik, mübarizə və güc

Gülnar üçün sürücülük həm də iqtisadi müstəqillik deməkdir. Sərbəst qrafik və gəlirini özü idarə etmək imkanı ona güc verir.

"Bu iş mənə öz ayaqlarım üstündə dayanmaq imkanı verir. Bəli, qiymət dəyişiklikləri və tıxac gəlirə təsir edir, amma bu, sevdiyim işdir".

O hesab edir ki, şəhərdə tıxacın azaldılması üçün şəxsi avtomobillərdən daha çox paylaşılmış və ictimai nəqliyyata üstünlük verilməlidir. Onun fikrincə, hər ailənin ayrıca avtomobilə sahib olması sıxlığı artırır, parklanma problemini dərinləşdirir və əlavə yanacaq sərfiyyatı ilə həm iqtisadi, həm də ekoloji yük yaradır.

"Şəhərdə minlərlə avtomobil hərəkətdədir, amma çoxunda cəmi bir nəfər olur. Paylaşılan nəqliyyat daha rasional həll yoludur", – deyə o bildirir.

Gülnarın hekayəsini daha da güclü edən məqam isə onun şəxsi mübarizə yoludur. O, anadangəlmə sağlamlıq məhdudiyyəti ilə dünyaya gəlib və uzun illər çətin əməliyyatlar keçirib. Bir çoxları onun avtomobil idarə edə biləcəyinə inanmırdı. Lakin o, bu vəziyyəti zəiflik kimi deyil, güc mənbəyi kimi qəbul edib.

"Mənim üçün məsələ qadın və ya kişi olmaq deyil. Sağlam və ya məhdudiyyətli olmaq da deyil. Əsas məsələ güclü olmaq və bacaracağına inanmaqdır".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR