
Bakının mərkəzində 3 gündür sakinlər içməli su problemi yaşayırlar.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Səbail rayonu, İçərişəhər ərazisində Neftçilər prospekti 87 ünvanında 3 gündür içməli su gəlmir.
Məsələ ilə əlaqədar ADSEA-nın mətbuat xidmətindən AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonunun bir hissəsini içməli su ilə təmin edən xəttin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində həmin ərazilərin su təchizatında fasilə yaranıb.
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.