22-03-2026, 09:48 273

Bayram tətillərini səbirsizliklə gözləyən insanlar bu fürsətdən daha çox səyahət xəyallarını gerçəkləşdirmək üçün istifadə edirlər. Təbii ki, bu səyahətlər gündəlik işdən yayınmağa, enerjini artırmağa və dünyaya yeni bir perspektivdən baxmağa kömək edir. İnsanlar büdcələrinə uyğun uzaq-yaxın xarici ölkələrə gedir və ya ölkə daxilində istirahət edirlər. Budur, 11 günlük Novruz bayramı tətili qapıdadır. Dünyada baş verən gərgin hadisələr insanların səyahət planlarını qismən dəyişdirsə də, tamamilə poza bilməyib.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rəqəmlər bu il daha çox daxili turizmə üz tutanların sayının çox olduğunu göstərir. Səbəb?

Turizmçilər bunu daha yaxşı izah edirlər.

Səyahət zamanı təhlükəsizlik çox önəmlidir

Turizm eksperti Əziz Şiriyev bildirir ki, insanlar bayram ərəfəsində istər ölkə daxilinə, istər ölkə xaricinə səyahətə getmək, tətil fürsətindən yararlanmaq istəyirlər. Amma dünyada olan mövcud vəziyyət onların planlarını müəyyən qədər də olsa dəyişdirib: "Məsələn, isti ölkələrə, xüsusən Körfəz ölkələrinə səyahət etmək niyyətində olanlar hazırda ehtiyat edirlər. Səyahət zamanı təhlükəsizlik çox önəmlidir. Ona görə də daha çox Avropaya, Türkiyəyə, Gürcüstana maraq böyükdür. Digər türk dövlətlərinə gedənlərin sayında da artım var". Turizmçi bildirir ki, ölkədaxili turizmə də maraq böyükdür: "Bu il iki gözəl bayramın şahidiyik. Müqəddəs Ramazan bayramı ilə Novruz bayramı üst-üstə düşür. İnsanlar regionlarda bu bayramları təntənəli şəkildə qeyd edəcəklər. İstər cənub, istər şimal, istərsə də qərb və ya şimal-qərb istiqamətinə istəklər var". Turizmçi ötən illərə nəzərən turistlərin sayında azalmaların olduğunu da qeyd edir: "Bu da mövcud vəziyyətlə əlaqədardır. Həm də bizim insanlar daha çox son anda sifariş verməyi xoşlayırlar. Bütün regionların 4-5 ulduzlu hotellərində bayram əhvali-ruhiyyəsi, qala-gecələr, xüsusi proqramlar hazırlanıb". Qiymətlərə gəlincə, birgünlük turlar standart və ekonom paketlər olmaqla 89-139 AZN, üçgünlük turlar isə 179-239 AZN civarında dəyişir. Adambaşına ölkəxarici turpaketlər 500-700 dollar civarındadır.

İki mindən 10 minə qədər

Turizmçi Telman Hacıyev bildirir ki, hazırda rayonlarda ikinəfərlik, 2-3 gecəlik Novruz paketləri təxminən 400-500 AZN-dir. Qiymətlər hotellərdən asılı olaraq 800-1 500 AZN arasında dəyişə bilir: "Həm daxili, həm də xarici bazara maraq olduqca çoxdur. Biz daha çox xarici bazara satış etdiyimiz üçün deyə bilərəm ki, Novruz bayramında Avropa və İstanbul üçün satışlar çox oldu". Turizmçinin sözlərinə görə, xaricə gedənlər üçün ikinəfərlik paket minimum 2 000-3 000 AZN, maksimum 6-10 min AZN arası dəyişir. Rayonlarda qiymətlərin baha olmasına gəlincə, turizmçi bildirir ki, bir ailə beşulduzlu hotellərdə iki gecə qalmaq istəyirsə, 2 000 AZN xərcləməlidir: "Hotellər qiymətləri qidalanma daxil təklif etdikləri üçün artıq normal hal alıb və insanlar müraciət edirlər. Lənkəran, Quba ən çox üz tutulan istiqamətlərdir. Qəbələ və Şəki də populyar turizm istiqamətləri kimi seçimdə üstünlük verilən rayonlardır. Düşünürəm ki, Azərbaycan daxili bazarı üçün yüksək qiymətlərdir, amma bu, reallıqdır".

"Müştərilər çaşbaş qalıblar"

Turizmçi Anar Həsənov hazırkı durumun kritik olmasından şikayətlənir: "Nə qədər turpaket satmışıqsa, hamısını qaytarmışıq. İnsanlar turpaketləri əvvəldən sifariş ediblər və ya alıblar. Onlar isti ölkələrə, xüsusən Körfəz ölkələrinə paketlər əldə ediblər. Bizim işçilərimiz Tailandda qalmışdılar, gələ bilmirdilər. Uçuşların çoxu Dubay-Doha üzərindəndir. Başqa yerlərdən uçuşlar daha bahadır. Bu uçuşlar münasib qiymətə olduğu üçün müştərilərə sərf edirdi. Müştərilər qiyməti öyrənir və müharibə ilə əlaqədar fikirlərini dəyişirlər. Onların biletləri ya qaytarılır, ya günləri dəyişdirilir. Problem ondadır ki, biz günü 10 gün sonraya dəyişirik, amma yenə də vəziyyət düzəlmir. Müştərilər də çaşbaş qalıblar. Aprelin 4-5-də Tailanda uçuşlar var. Biz viza almağa ehtiyat edirik. Çünki nə baş verəcəyini proqnozlaşdıra bilmirik. Avropaya viza lazım olduğundan bunun üçün əvvəldən tədbir görülməlidir. Ona görə də müştərilər vaxtı çatdıra bilmirlər. Məcbur qalıb tətillərini ya evlərində, ya da rayonlarımızda keçirəcəklər". Turizmçi bildirir ki, rayonlarımızda qiymətlər xariclə müqayisədə bahadır: "Xarici ölkələrdə qiymətlər həmişə buradakından ucuz olub. İndi də fürsətdən istifadə edib, yəqin ki, qiymətləri daha da artıracaqlar. Bazarda qiyməti formalaşdıran da tələb-təklifdir. İndi də təbii ki, tələb çox olduğuna görə qiymətlər qalxacaq".

Dubay səfərləri təxirə düşüb, Misir səfərləri davam edir

Turizmçi Sürayyə Axundova da bildirir ki, müştərilər Novruz tətilində adətən Dubay, Misir istiqamətinə səfər edirlər: "Hazırda Dubay tətilləri təxirə düşüb, Misir tətilləri isə davam edir. Asiya ölkələrinə də səfərlər ləğv olunur. Avropaya getmək üçün qabaqcadan planlaşdırmaq lazımdır. Buna görə də vaxt azlığından insanlarımız bu ölkələrə səfər edə bilmirlər. Nəticədə tətil günlərində istirahət üçün ən çox ölkə daxilinə üstünlük veriləcək". Turizmçi bildirir ki, yerli turizmə üstünlük verənlər daha çox Şəki, Lənkəran, Qəbələ və Qarabağa səfər edirlər: "Qiymətlərə gəlincə, bizdə həmişə bayramla bağlı qiymətlər baha olub. Turpaketə bayram proqramları, musiqili şou proqramları, qala-gecələr daxil olduğundan qiymətlər qalxır". S.Axundova ölkəmizə gələn turistlərin sayında da kəskin azalma olduğunu bildirir: "Ərəb ölkələrindən artıq bizə gələ bilmirlər. Ona görə gəlmə turizmində azalma yaranıb. Təbii ki, bu da regiondakı mövcud vəziyyətlə bağlıdır".

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR