
Dünya enerji bazarlarında qiymət artımı fonunda "Azeri Light" markalı neftin dəyəri yüksəlməkdə davam edir.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,99 dollar və ya 2,5% artaraq 124,24 ABŞ dollarına çatıb. Bununla da əvvəlki 121,25 dollarlıq göstərici geridə qalıb.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində Azeri Light üçün bir barel üzrə orta qiymət 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu isə hazırkı qiymətlərin büdcə proqnozunu əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.